Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmış rəssamın Qəbələdə sərgisi açıldı

Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq “Qran-pri” yarışları çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Akademiyasının fəxri akademiki və Beynəlxalq “Qran-pri” turnirinin loqosunun müəllifi Rəşad Mehdiyevin fərdi yaradıcılıq sərgisi açılıb.Simsar.az xəbər verir ki, rayonun Bum qəsəbəsində inşa edilən stend və ox atıcılığı kompleksinin inzibati binasında təşkil edilən sərgidə nümayiş olunan əsərlərə çoxsaylı yerli və xarici qonaqlar, idmançılar baxıblar.

Rəşad Mehdiyev bildirib ki, nümayiş olunan əsərlər onun fikirlərinin, düşüncələrinin, emosiyalarının ifadəsidir. Sərgidə əsasən kağız, karton və kətan üzərində yağlı boya və qrafit texnikası ilə çəkilən 14 əsər nümayiş olunur. Rəssam vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mədəniyyətimizə və incəsənətimizə böyük qayğı və diqqət göstərir. Biz rəssamlar bu diqqət və qayğıdan böyük qürur duyuruq və yeni əsərlər yaratmağa ruhlanırıq. Belə bir mühitdə biz də gərək əsərlərimizlə bu sahəyə öz töhfəmizi verək.

Rəşad Mehdiyev diqqətə çatdırıb ki, bu sərginin əsas məqsədi son illərdə yaratdığım sənət incilərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, eləcə də beynəlxalq yarışda iştirak edən əcnəbi idmançılar və qonaqlar arasında Azərbaycan mədəniyyətinin təbliğinə nail olmaqdır.

Yaradıcılıq uğurlarından danışan rəssam bildirib ki, 1995-ci ildə Sankt-Peterburqda, 1991, 1994, 1996 və 2000-ci illərdə isə Bakıda fərdi sərgilərim keçirilib. 2001-ci ildə Azərbaycanı TÜRKSOY rəssamlarının müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülmüşəm. Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgim keçirilib.

İstedadlı rəssam BMT-nin Vyana Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil edib. Onun əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst-xətti, yaradıcılıq üslubu, orijinal yaradıcılıq axtarışları, Azərbaycan miniatürlərində gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir. Tanınmış fırça ustasının əsərləri təkcə sənətsevərlər üçün deyil, həm də rəssamlar üçün maraqlıdır.

Tədbirdə iştirak edən qonaqlar sərgini yüksək qiymətləndirib və rəssamı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sərgi avqustun 21-dək davam edəcək.

Günel

 

 






18 Avqust, 2014  13:46 Baxılıb: 911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58

sagbanner