Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Zahiri görünüşü Dubay səfərinə mane oldu

Dünən İstanbul-Dubay avia-reysilə hərəkət etməli olan təyyarə 1 saat gecikib. Belə ki, təyyarədə səyahət edən 1 sərnişin öz görünüşü ilə digərlərini narahat edib. Buna səbəb onun bədənində həddən artıq prisinqin olması olub.

Simsar.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, almaniyalı Rolf Buxhols Dubayda baş tutacaq qeyri-adi şou (freak show) adlı şouya qatılmaq üçün Türk Hava Yollarından istifadə etmək qərarına gəlib. Dünyanın ən çox pirsinqli adamı olaraq Ginnesin Rekordlar kitabına düşən Buxhols səfər zamanı insanların fərqli münasibəti ilə rastlaşıb. Onun yanında əyləşməli olan sərnişin həmin yerdən imtina edib. Daha sonra təyyarə salonunda könüllü axtarılsa da heç kəs təkliflə razılaşmayıb. Xeyli isrardan sonra sərnişinlərdən birini yola gətirmək mümkün olub. Könüllü sərnişin axtarışı səbəbilə təyyarə 1 saat gecikib. Ancaq Buxholsun problemi bununla da bitməyib. Belə ki, onun Dubay sərhədini keçməsinə icazə verilməyib.

Qeyd edək ki, dünyanın ən çox pirsinqli adamı olaraq 2012-ci ildə Rekordlar kitabına düşən Buxholsun dodağının ətrafında 94, qaşlarında 25, burnunda 8, qarın nahiyəsində 278 olmaqla bədənində ümumi olaraq 453 pirsinqi var. O, 11 il ərzində bədəninin hər yerinə döymə və pirsinq vurdurur.

Ülviyyə

 






18 Avqust, 2014  12:03 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner