Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Musiqiçilərimizə təlim keçirildi

British Council Opera Sky-ın tərəfdaşlığı və Xəzər Universitetinin Film və Animasiya studiyasının dəstəyi ilə yerli musiqi peşəkarları üçün təlim sessiyaları və Britaniya Yay Partisi təşkil edib.

Simsar.az xəbər verir ki, British Council-ın təşkilatçılığı ilə Azərbaycanlı DJ, bəstəkar və rejissorlar üçün 5 günlük DJ və VJ təlimləri keçirilib.

Birləşmiş Krallığın mədəniyyət əlaqələri və təhsil imkanları yaradan beynəlxalq təşkilatı olaraq British Council Azərbaycan auditoriyasını və iştirakçılarını Britaniyanın ən müasir audio və vizual yenilikləri ilə tanış etmək üçün unikal fürsət yaradır.

DJ təlimi musiqi istehsalı və DJ-lik üzrə mükafat almış Londonda yerləşən Point Black Musiqi Məktəbinin təmsilçisi Britaniyalı Aleks Fontzi tərəfindən Opera Sky məkanında keçirilib. 12 Azərbaycanlı DJ və bəstəkar təlimdə iştirak ediblər. Təlim musiqi istehsalı və onun miks edilməsi anlayışlarını əhatə edir. Aleks həmçinin iştirakçılarla MİDİ və musiqi nəzəriyyəsindən istifadə edərək audio yazma üzərində də işləyib.

VJ təlimi Londonun Your Mum Visuals şirkətinin banisi olan Kelly Bac tərəfindən Xəzər Universitetinin Film və Animasiya studiyasında keçirilib.  VJ təlimi rəqəmsal manimulyasiyadan istifadə edərək tədbir zamanı miks olunan Şekspir mövzusuna dair rolikin istehsalına həsr edilib. 9 VJ multi media konsepsiyasını əhatə edərək ideyaların canlı performansa  gətirilib çixarılmasına qədər maraqlı bir yol qət etdilər. Iştirakçılar müasir VJ avadanlığı ilə işləmək və öz işlərini British Summer tədbiri zamanı ekranda canlı görmək imkanı əldə ediblər.

British Council öz tərəfdaşları ilə birgə British Summer tədbiri zamanı təlim iştirakçıları üçün Sertifikatların Təqdim edilmə mərasimi keçirib. Tədbir zamanı 500-dən artıq dəvət olunmuş qonaqların Birləşmiş Krallığın ən yeni DJ/VJ trendlərini dinləmək imkanı olub.

Günel







18 Avqust, 2014  09:38 Baxılıb: 820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner