Kürdəmirdə azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Simsar.az-ın məlumatına görə, hadisə bu gün rayonun Muradxan kəndində qeydə alınıb.
Rayon polis şöbəsindən verilən məlumata görə, kənd sakini 2008-ci il təvəllüdlü Dünyamalıyev Mehralı Rəsul oğlunu elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.