Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının bu ünvanında məhsullar 25-30 faiz ucuzdur

Avqustun 16-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 15,35 ton meyvə, tərəvəz, ağartı, bostan məhsulları və s. təklif olunurdu.

Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov bildirdi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 25-30, yumurtanın 1 ədədi 7 qəpiyə və s. satılır.

Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 125 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılmışdı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov məlumat verdi ki, yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kələm, yerkökü, çuğundur, bibər, alma, armud, üzüm, gavalı, göyərti, xüsusilə qarpız, yemiş və digər məhsullar üstünlük təşkil edir. Meyvə-tərəvəzlərdən kartof, lobya, badımcan, soğan, çiyələk, gilas, albalı, ərik, şaftalı, üzüm, zoğal daha həvəslə alınır. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə satılır.

Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.

Şənbə günü Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 16,3 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdı.

Yarmarkada salyanlı fermer Murad Həsənov üzümün kiloqramını 1 manata təklif edirdi. Burada yaradılan şəraitdən razılıqla danışan M.Həsənov dedi ki, artıq iki həftədir bu yarmarkaya üzüm gətirir. Pay torpağında yetişdirdiyi məhsulun hamısını burada satmaq niyyətindədir.

Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkada qəsəbə sakinlərinin tələbatı nəzərə alınaraq məhsulların çeşidinə ciddi dəyişikliklər edilib. Burada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda-“Günəş” ticarət mərkəzində (18,2 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,6 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 20,8 ton məhsul çıxarılmışdı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən pomidor, xiyar, göyərti, kartof, soğan, lobya, badımcan, kələm, alma, armud, çiyələk, gilas, albalı, ərik, gavalı, şaftalı, üzüm, yemiş, qarpız və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur.

Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 190 ton meyvə-tərəvəz, ət, süd və bostan məhsulları gətirilmişdi.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Burada şəhər sakinlərinə sərfəli qiymətə kartof, soğan, kələm, pomidor, xiyar, bibər, yerkökü, üzüm, ərik, alma, armud, gilas, şaftalı, qarpız, yemiş, göyərti və digər məhsullar təklif edilir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 54,1 ton kənd təsərrüfatı məhsulları gətirilib.

Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun bostan bitkiləri-qarpız, yemiş tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, çiyələk, ərik, şaftalı, alça, gavalı, üzüm, qarağat, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.

Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.

Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Ağstafa, Siyəzən, Goranboy, Bərdə və digər rayonların fermerləri bol və keyfiyyətli meyvə-tərəvəzlər, göyərti, ağartı və bostan məhsulları çıxarmışdılar.

Şəhər sakinləri qiymətləri bazarlardakından 20-30 faiz ucuz olan həmin məhsulları həvəslə alırdılar. Yarmarkaya çıxarılan məhsullar arasında kartof, soğan, lobya, yerkökü, xiyar, pomidor, çuğundur, kələm, alma, armud, üzüm, şaftalı, çiyələk, gilas, gilənar, ərik, yemiş, qarpız və digər meyvə, tərəvəz və bostan bitkiləri üstünlük təşkil edirdi.

Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını söyləyirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, bugünkü yarmarkaya 29,6 ton məhsul çıxarılıb.






16 Avqust, 2014  13:46 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner