Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğandan millət vəkillərinə MESAJ

“Sizi izləyəcəm”

Türkiyənin hakim partiyası AKP mərkəzində millət vəkillərinə səslənən Rəcəb Tayyib Ərdoğan, prezident olmasına baxmayaraq, partiya və vəkilləri daim izləyəcəyini deyib.

Prezident seçilən Ərdoğan, yeni partiya sədri və yeni baş nazir kim olacaq məsələsinə aydınlıq gətirmək üçün, bir yerə topladığı millət vəkillərinə, önəmli mesajlar verib.

Millət vəkillərinin çıxış etmədiyi toplantıda Ərdoğanın çıxışından sonra vəkillərə, “Partiya sədri və baş nazir kimi görmək istəyirsiniz?” sualı olan anket paylanıb. Vəkillərin gizli səsverməsindən sonra toplantı başa çatıb. Partiya qaynaqlarından sızan məlumatlara görə, Ərdoğan toplantıda bu önəmli mesajları verib.

Pərformansınızı kontrol edəcəm: “Çankayaya gedəndən sonra partiya sahibsiz qalacaq zənn etməyin. Çankayaya çıxıb, ölkə və partiya nə edir etsin deyə bilmərik. Çalışmanızı, nizam-intizamınızı, performansınızı kontrol edəcəm. Gözüm üstünüzdə olacaq. Bundan sonra da durmaq yoxdur, yola davam”.

Cümə axşamı yeni sədr bilinəcək: Partiyada sadəcə yeni sədr dəyişikliyi olacaq. Başqa dəyişiklilər gözlənilmir. Lakin yeni sədr, istədiyi dəyişikliyə gedə bilər.

Yeniliklər olacaq: Çankayada konstitusiyanın veridyi bütün səlahiyyətlərdən istifadə edəcəm. Mənə “əvvəllər bu səlahiyyətlərdən istifadə olunmurdu, köhnə tendensiyalar var”, deyirlər. Köhnə tendensiyalar məni maraqlandırmır. Biz yeni Türkiyənin yeni tendensiyalarnı yaratmalıyıq. Çünki bu tendensiyaların içində 2023 var.

Konstusiyanı dəyişdirə biləcək gücdə olmalıyıq: 2015-ci il seçkilərinə 313 millətvəkilimizlə, bütün təşkilatlarımızla birlikdə hazırlanacağıq. Bu seçkilərə konstitusiyanı dəyişdirə biləcək gücdə çıxmalıyıq.

Vüsal Qarayev







16 Avqust, 2014  08:53 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner