Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan rəsmən prezident oldu

Türkiyə Mərkəzi Seçki Komisiyyası gözlənildiyi kimi bu gün prezident seçkilərinin nəticələrini açıqladı.

ANS TV-nin məlumatına görə, Türkiyənin hazırkı Baş naziri Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdogan 51,74 % səslə, yəni 20 milyon 875 min nəfərin səs verməsilə Türkiyənin 12-ci prezidenti secilib. Digər namizədlər CHP, MHP və ümumilikdə 5 partiyanın ortaq namizədi İhsanoglu 38,49 % , HDP və BDP-nin ortaq namizədi Dəmirtaş isə 9,77 % səs toplayıblar.

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 avqust tarixindən Cankaya Köskündə Abdulla Güldən prezidentlik postunu təhvil alacaq və o, gündən siyasi fəaliyyətinə prezident kimi davam edəcək.

Onu da qeyd edək ki, 12-ci prezident xalq yolu ilə seçildiyi üçün onun səlahiyyətləri də nisbətən indiki prezident Abdulla Güldən daha böyük olacaq. Səbəb isə 12-ci prezidentin ilk dəfə xalq səs verməsilə seçilməsidir.

Politoloq İrfan Çiftkinin sözlərinə görə, “Bu, seçkilərdə Türkiyə xalqı yeni prezidentini seçib və bir şəkildə prezidentlik idarəetməsinə keçiləcək. Türkiyə daha dinamik və daha aktiv bir hala gələcək və bu da yeni Türkiyə dediyimiz prosesin baslanğıcıdır”.

Türkiyənin prezident idarəçiliyi ölkəsinə çevrilməsi üçün qarşıdakı aylarda erkən seçimlə Konstitusiyada dəyişiklik olması da gözləniləndir. Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkələr də məlum olub. O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev prezident seçilməsi münasibətilə Ərdoğana göndərdiyi təbrik məktubunda onu Azərbaycana səfərə dəvət etmişdi. Avqustun 24-də partiyanın idarə heyətinin iclasını keçiriləcək Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayından sonra partiya namizədinin adını elan edəcək.

Ədalət və İnkişaf Partiyası özünün yeni liderinin və yeni baş nazirin adını avqustun 27-də açıqlayacaq.






15 Avqust, 2014  22:36 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner