Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vasif Talıbov səfirlə görüşdü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayser ilə görüşüb.Simsar.az xəbər verir ki,, Ali Məclisin Sədri qonağı salamlayıb, ötən dövrdə Pakistanın ölkəmizdə fəaliyyət göstərən səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfər etdiklərini və qarşılıqlı əməkdaşlıq üçün səylər göstərildiyini bildirib. Qeyd olunub ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Pakistan arasında müxtəlif istiqamətlər üzrə əlaqələr yaradılıb.

Azərbaycan ilə Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın, eləcə də qardaş və dost ölkənin xarici siyasət sahəsində tutduğu ədalətli mövqeyin məmnunluq doğurduğunu bildirən Ali Məclisin Sədri səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səmimi münasibətə görə minnətdarlıq edən Xalid Usman Qayser muxtar respublikanın 90 illik yubiley tədbirində iştirakını xatırladıb, Naxçıvanda bütün sahələr üzrə inkişafın və mövcud sabitliyin məmnunluq doğurduğunu bildirib.

Səfir Azərbaycan-Pakistan əlaqələrinin inkişafında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb, mövcud əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi istiqamətində səyini artıracağını ifadə edib.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb







15 Avqust, 2014  19:22 Baxılıb: 724 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner