Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Cavad Heyətin ideyaları xalqımızın yaddaşında qalacaq”

“Cavad Heyət Azərbaycana azərbaycanlıları tanıtmaqda kömək olub”

Simsar.az xəbər verir ki, bunu bu gün görkəmli alim, doktor Cavad Heyətlə vida mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar əslən cənubi Azərbaycandan keçmiş soydaşlarımızdır. “Onlar C.Heyəti uzun müddət özlərinə ağsaqqal, müdrik insan seçmişdilər. Onu həm ictimai xadim, həm görkəmli alim, həm də Azərbaycan xalqının nümayəndəsi kimi qəbul ediblər. Ona görə də bu gün baş vermiş bu itki bütün Azərbaycan xalqının kədəri sayılır. Bütün dünya azərbaycanlıları kədər içindədir. Qısa müddət ərzində dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar öz hüznlərini bildiriblər. Mən həm öz ölkəmizdə, həm də xaricdə yaşayan azərbaycanlılara bu kədərli gün münasibətilə başsağlığı verirəm”.

Komitə sədri vurğulayıb ki, C.Heyət Azərbaycanda da böyük nüfuz sahibi idi. Ölkəmizdə də ona böyük hörmət qoyulurdu. “Bu gün onun xatirəsinə olan diqqət həm Azərbaycan Prezidentinin, həm dövlətimizin, həm də xalqımızın göstərdiyi diqqətdir ki, hər kəs onun xatirəsini yad etmək üçün toplaşıb. Hər bir xalqın belə qabaqcıl insanları bu dünyanı tərk edərkən onlar ruhən bu dünyada qalır. Onların ideyaları, xatirələri xalqımızın yaddaşında qalacaq”.

Aysel Kərimova






15 Avqust, 2014  15:47 Baxılıb: 889 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner