Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Cavad Heyətin adı heç vaxt unudulmayacaq”

Simsar.az xəbər verir ki, bu sözləri bu gün görkəmli Azərbaycan cərrahı Cavad Heyətin vida mərasimində jurnalistlərə açıqlamasında AMEA-nın üzvü Xalidə Xalid deyib.

O, Cavad Heyətlə tanışlığından da danışıb: “Mən onu ustad Şəhriyara görə tanıdım. Onun haqqında çox eşitmişdim, amma onun ilə şəxsən tanış deyildim və tanışlığım dörd il bundan əvvəl olub. Cavad Heyət ilə söhbətim mənim araşdırdığım Məhəmməd Hüseyn Şəhriyar barəsində olan mövzum ilə bağlı olub. O, mənə sual verdi ki, sən “Heydərbaba” dağında olmusan? Daha sonra o bildirdi ki, sən o dağı ziyarət etmədən gözəl bir əsər yaza bilməzsən. Bu sözə görə, mənə Təbrizə üz tutdum”. O deyib ki, Cavad Heyət mənə bir örnək oldu. O, elə bir dünya idi ki, vaxt keçəcək ancaq onun adı, şəxsiyyəti Azərbaycan ədəbiyyatından, tibb elimindən unudulmayacaq. Sonda X. Xalid Cavad Heyətin onunla bölüşdüyü bir xatirəni də bölüşüb: “Atam məni Türkiyəyə yola salanda demişdi ki, oğlum mən səni Azərbaycana təhsil üçün göndərmək istəyirdim, amma ora ilə bizim aramızda dəmir pərdələr olduğuna görə Türkiyəyə göndərirəm. Türkiyəyə də sən tibb elmini öyrənməklə yanaşı, türk tarixini daha yaxından öyrənəsən və gələcək nəsillərə çatdırarsan”

Aysel Kərimova







15 Avqust, 2014  13:12 Baxılıb: 611 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner