Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Uilyamsın intihar xəbəri belə verilməməliydi

Amerikanın məşhur kino aktyoru Robin Uilyamsın avqustun 11-də həyatın son verməsinin üzüntüsü hələ də davam edir. Ancaq pərəstişkarlarını yasa batıran Uilyamsın intihar xəbrinin mediada verilmə şəkli, cəmiyyət sağlamlığı mütəxəssislərini təlaşlandırıb. Avqustun 12-də Oskar mükafatçılarının rəsmi Tvitter səhifəsində Uilyamsın ölüm xəbərinin yazılması sosyal mediada bomba kimi partladı. Cəmiyyt sağlamlığı mütəxəssislərini iki yerə ayran statusla birlikdə “Ələddin” adlı çizgi filmində Uilyamsın səsləndirdiyi cin obrazı ilə Ələddinin qucaqlaşdığı əks olan foto da diqqəti cəlb edib. Bu fotonun üstündə isə “Cin azadsan” mesajı paylaşılıb. Statusun 3000 dəfə paylaşılıb, 69 milyon insan tərəfindən görüldüyü qeydə alınıb. Bəs bu rəqəm Uilyamsa qarşı hörmətin, yoxsa intihara qarşı bir meyillilik yaratmağın göstəricisidir?

Vaşinqton Post qəzetinə açıqlama verən ABŞ İntiharın Qarşısını Alma Vəqfinin əməkdaşı Kristin Moutier bütün bu suallarn cavabını verməyə çalışır Moutier sosial mediada bir anda yayılan statusun intiharın ictimai sağlamlığı zədələdiyini deyib: “İntihar heç bir zaman bir seçim olaraq təqdim olunmamalıdır”. Həmçinin mesajın bütün dünyada çox seviln bir Disney obrazı ilə verilməsi intiharın yaxşı bir şey olduğuna dair düşüncəni gücləndirdiyini bildirən Moutier bu düşüncə yanılmasının xüsusilə yeniyetmə çağındakı gənclərə mənfi təsir göstərə biləcəyini deyib. Buna görə d

Moutier statusun intihar fenomeninini təqlid etməyə qarşı bir təsir yaratdığını bildirərək, bir ölümün ya media vasitəsiylə, ya da reklamla yayımlanmasının intihara meyilli insanları intihar mövzusunda daha da cəsarətləndirə biləcəyi xəbərdarlığını edib. Mouteir bütün bu faktorlar səbəbiylə Akademiyanın yazdığı bu statusun təhlükəli olduğunu deyib. Qeyd edək ki,1994- cü ildə 27 yaşlı əfsanə boksçu Kurt Kobain ov tüfngi ilə intihar etmişdi. Kobain haqqında çıxan xəbərlərin intihara meyillilik yaradan məzmun daşıdığı ilə bağlı tənqidlər edilmişdi.

Moutier çox sevilən insanların dünyasnı dəyişdiyi vəziyytlərdə veriləcək mesajlarda ölümün və intiharı ucaltmağın deyil, sadəcə o insana qarşı duyulan hörmət ifadə edilməlidir deyib.

Polis ölüm detallarını niyə gizləmədi?

Ailəsi, dostları və pərəstişkarları hələ Robinin ölüm xəbərinin şokundan çıxmazkən, məşhur aktyorun intiharı haqqında ətraflı hesabatı açıqlayan Kaliforniya əyalət polisi tənqid oxlarının hədəfi olub. Tənqidlərə cavab verən leytenant Keith Boyd: “İnsanları narahat edən faktları gizlməyi biz də istərdik, lakin əyalət qanunlaı hadisəni bütün çılpaqlığı ilə danışmağımızı məsləhət görür” deyib.

Xatırladaq ki, polis Uilyamsın qollarında bir neçə kəsik və yanında üzrində qurumuş qan olan bıçaq  olduğunu açıqlamışdı.

Günel







15 Avqust, 2014  13:03 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner