Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rahib Qərib: “Dünən şoudan yazan, bu gün hərbidən yazır” – MÜSAHİBƏ

“Döyüş əməliyyatı hamıya olduğu kimi sərgilənə bilməz”

Avqustun ilk günləri cəbhədə gərginlik artdı, şəhidlər verdik. Hamımız kədərlə “Başın sağ olsun, Vətən”, -dedik. Amma bu hadisə bizim orduya inamımızı sarsıtmadı. Cəbhədə Ordumuzun 20-dən çox erməni əsgərini məhv etməsi, 40 dan çoxunu isə yaralaması, düşmənin qorxudan geri çəkilməsi, öz yerinə oturdulması xəbərlərinə isə çox sevindik. Bu hadisələr torpaqlarımızın Ordumuz tərəfindən tez bir zamanda alınmasına inamı artırdı. Belə bir vaxtda “yerindən durub, özünü jurnalist elan edənlər reklam naminə cəbhə bölgələrinə yollandılar. Bu da cəbhədən yalan xəbərlərin yayılmasına şərait yaratdı. Təssüf ki, ömrünü cəbhədə keçirən jurnalistlər heç yada da düşmədi. Belə jurnalistlərdən biri, ehtiyatda olan mayor, ANS-in “Marş” hərbi vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı Rahib Qəribdir.

- Bildiyimiz kimi, cəbhə bölgələrində ardı-ardınca bir neçə şəhidlər verdik. Bir hərbi jurnalist olaraq, bu barədə sizin fikrinizi bilmək istərdik.

- Son hadisələrlə bağlı çox yazılır, çox deyilir. Lakin onu qeyd etmək istəyirəm ki, konkret olaraq bu barədə bilməyənlər daha çox yazırlar. Bilənlər  susur, izləyir və yeri gəldiyi zaman müdaxilə edirlər. Orduda gedən proseslər bəzi delitant jurnalistlərin deyib yazdığı kimi ortaya qoyulmamalıdır və bu bütün dünyada belədir. Mən Amerika və Türkiyə ordusunun əsgərlərini görmüşəm, məxfiliyi necə qoruyub saxlamağı onlardan öyrənmək lazımdır. Döyüş əməliyyatı hamıya olduğu kimi sərgilənə bilməz.

- Belə söz-söhbət gəzir ki, sentyabr ayında səfərbərlik elan olunacaq. Yaş həddi 17-45 yaş arası olacaq. Hərbi xidmətə gənclər 18 yaşında çağırırlar. Sizcə 17 yaşında olan bir gənc müharibəyə hazırdırmı?

- Səfərbərlik ciddi dövlət tədbiridir. Əgər səfərbərlik olunarsa, nəinki 17 yaşında ki gənc, hətta 16 yaşı olan vətənpərvər oğullarımız  var ki, vuruşa bilər. Müharibə gedən ölkədə isə hər an səfərbərlik elan edilə bilər, lakin bunu öncədən kimsə deyə bilməz. Yalnız Ali Baş Komandan, cənab Prezident İlham Əliyev səfərbərlik əmri verə bilər. Belə bir sirri normal vətəndaş bilirsə, deməli, bu, sirr deyil. Təəssüf edirəm bunu başa düşmək bəziləri üçün çox çətindir. Döyüş bölgələrində həlak olan əsgərlərin sayını televiziya və ya media vasitəsilə cəmiyyətə elan edib, insanların ürəyindən qorxu hissi yaratmaq düzgün deyil. Rəhmətlik Çingiz Mustafayev Xocalı hadisəsini çəkdikdə onu Azərbaycan televiziyası ilə göstərib, insanların ürəyinə qorxu salması düzdün deyildi. O, çox aqressiv olduğu üçün o zamanlar bunu ictimailəşdirdilər. Bu cür görüntüləri xarici kanallarda göstərib mənfur düşmənimizin murdar hərəkətlərini bütün dünyanın tanıması və bilməsi daha məqsədə uyğun olardı. O, vəhşilikləri görən digər Qarabağlılar köçlərini götürüb Qarabağı tərk etdilər. Bununla demək istəyirəm ki, Çingiz Mustafayevin çəkdiyi Xocalı faciəsini yayınlanmaması üçün, o vaxtı bir ağıllı millət vəkili tapılmadı ki, Çingiz o emosiya ilə qayıdarkən, görüntülərin yayınlanmasına mane olsun. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilanda söz-söhbətlər gəzməyə başladı ki, bizi Xocalının gününə qoyacaqlar. Millət torpaqları, ev-eşiyini boşaldıb, dabanına tüpürərək Bakıya üz tutdu. Çəkilib göstərilən materiallar Torpaqlarımızın işğalında böyük rol oynadı. İndi də iki şəhid gəlir, deyirlər gəlin bunu iyirmi deyək. Bunu iyirmi deməklə valideynlərdə təlaş yaradırlar. Valideynlər də övladlarını hərbi xidmətə göndərmək istəmirlər. Bir çox gənc də hərbi xidmətdən yayınıb, xarici ölkələrə üz tutur. Bunu yazan jurnalistlər əlifbanın 32 hərfindən birini bilməyən jurnalistlərdir. Jurnalistika cəmiyyətdə ictmai fikri idarə edir. Cəmiyyəti yönəldir və yönləndirir. Bəzi “jurnalistlər” sensasiya xatirinə boş-boşuna ağızlarına gələni yazırlar. Qısası, reketçiliklə məşğuldular. Mən 18 ildir orduda iştirak edən jurnalistəm. Ordudan başı çıxmayan jurnalistlərə üzümü tutub deyirəm ki, burnunuz girməyən yerə, başınızı soxmayın. Üzeyir Cəfərov, Rəşad Süleymanlı və demək olar ki, barmaqla sayılası  4-5 jurnalist var ki, hərbidən başı çıxır. Dünən şoudan yazan, bu gün hərbidən yazır. Belə düşünürəm ki, hər kəs bildiyi işin ucundan yapışsa, daha məqsədə uyğundur.

- 2013-cü ildə bir qrup jurnalistlərə ev verildi. Səhv etmirəmsə, sizin də eviniz yoxdur, yataqxanada yaşayırsız... Bir hərbçi və bir jurnalist kimi indi sizin eviniz olmamalıydı?

- Bəli, mən yataqxanada yaşayıram. Amma hər zaman demişəm ki, Azərabycan mənim evimdir! 2015-cı ildə, jurnalistlərə veriləcək mənzillərdə bəlkə məni də nəzərə alarlar. Əvvəldə qeyd etdiyim kimi, bütün Azərbaycan, mənim evimdir!  Respublikanın hər yerində hamı üzümə gülərək qapı açır, məni hörmətlə qarşılayır. Bundan böyük xoşbəxtlik nə olar ki?! Mən 18 il bir zabit kimi Müdafiə Nazirliyinin tərkibində xidmət eləmişəm. İndi dövlət təqaüdündəyəm. Jurnalistlik peşəmi davam etdirirəm və nə səviyyəsizlik edib heç kimə yalvarmaram, nə də ki əyilmərəm! Mən cəbhə bölgələrində, Tərtər də özümü təhlükəyə atanda, burda yağ yeyib, yaxada gəzənlər, hansısa vəzifəni icra edənlər bar və diskotekalarda qızlarla əylənirdilər. Dövlətimə, vətənimə həmişə namusumla xidmət etmişəm!

- Peşəkar bir jurnalist kimi, gənc jurnalistlərə nə demək istərdiniz?

- Universitet müəllimim Nəsir Əhmədli hərdən məni bəzi toplantılara dəvət edir ki, gənc jurnalistlərə məsləhət verim. Onlara demək istəyirəm ki, bilib-bilmədiyinizi, ağzınıza gələni yazmayın. Jurnalist adıyla ortalığa atılıb, camaatın beynini boş-boş  şeylərlə doldurmayın.  Təəssüf edirəm ki, 1-2 saytı çıxmaq şərtiylə, kim nə istəyir, onu yazır. Məncə hərə öz bildiyi işin qulpundan yapışsa daha yaxşı olar. İndi işini bilən təcrübəli jurnalistlərimizi barmaqla saymaq olar. Ağlı başında olan, millətini,xalqını düşünən adam heç bir zaman yalan məlumat yaymamalıdır.

Şəlalə İfratqızı






15 Avqust, 2014  12:58 Baxılıb: 2119 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner