Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İşlə təmin olunanların sayı artıb

Cari ilin yanvar-iyul aylarında, Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün, 40 səyyar Əmək birjası təşkil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Simsar.az xəbər verir ki, bu birjalar vasitəsilə boşiş yerlərinə göndəriş verilən vətəndaşların sayı 73,3 faiz artaraq 371 nəfər, müvəqqəti xarakterli iş yerlərinə göndərilənlərin sayı isə 20,5 dəfə artaraq 82 nəfər təşkil edib. Həmçinin son yeddi ayda səyyar Əmək birjaları vasitəsilə ötən ilin müvafiq dövrünə nisbətən 61,4 faiz çox, yəni 134 nəfər peşə hazırlığına cəlb edilib.

Məlumat çün bildirək ki, Səyyar Əmək birjası müvafiq texniki avadanlıqlarla təmin edilmiş nəqliyyat vasitəsilə təşkil olunur.  Müəyyən olunmuş günlərdə paytaxtın ayrı-ayrı ərazilərində fəaliyyət göstərən səyyar Əmək birjalarında müraciət edən yerli işaxtaran vətəndaşlar, müəssisələrdəki boş iş yerləri, habelə müvəqqəti xarakterli işlər barədə məlumatlandırılır. Vətəndaşlara işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun boş iş yerlərinə yerindəcə göndərişlər verilir, lazımi hallarda onlar digər aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün qeydiyyata alınırlar.

Qeyd edək ki, növbəti səyyar Əmək birjasının avqustun 15-də, Bakının Nəsimi rayonu ərazisində təşkil olunması nəzərdə tutulur.

Vüsal Qarayev







15 Avqust, 2014  10:49 Baxılıb: 614 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner