Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qərb Kürdləri silahlandırır

İŞİD-in Yezidiləri, Xristiyanları yerlərindən qovub, İraq Gürd Bölgəsinin qapısına dirənməsindən sonra, ABŞ-ın təşviqiylə Avropa ölkələri Kürdlərə silah təmin emək üçün hərəkətə keçiblər.

İŞİD-dən qaçan Yezidilərin sığındığı Sincar dağına 20 nəfərlik kəşfiyyat gücü yendirən ABŞ, Yezidilərin sayının təxmin ediləndən az olduunu bildirərək, əməliyyatı ertələyib.

İraq Kürdləriylə İŞİD arasında savaşın qızışmaqda davam edərkən, İngiltərə və Fransa Kürdlərə silah vermək qərarı veriblər. Çexiya və İtaliya da Peşmərgəyə silah göndərmə işlərinə başlayıblar. Almaniya da, öldürücü olmayan hərbi ləvazimatla Kürdlərə dəstək verib. Almaniya Müdafi Naziri Ursula von der Leyen, Kürdlərə zirehli maşın, gücə görüş ləvazimatları, mina tapan dedektorlar, gülləkeçirməz jiletlər göndərdiklərini açıqlayıb.

Maliki təslim oldu

Sincara sığınan Yezidilərin xilas edilməsi üçün ABŞ-ın təklif elədiyi havadan xilas edilmə əməliyyatı təxirə salınıb. ABŞ kəşfiyyatçıları, Yezidilərin sayının sadəcə bir neçə min olduğunu və normal əməliyyatla onları xilas edə biləcəklərini bildiriblər. ABŞ prezidenti Barak Obama, Sincarda İŞİD-in mühasirəsini yardıqlarını deyib: “Bu səbəblə, dağda qalan insanların xılası üçün əlavə əməliyyata ehtiyyac yoxdur. Bölgəyə havadan yardım paketlərinin atılmasına da bir o qədər ehtiyac qalmadığını düşünürük”.

Bu arada İraq Başnaziri Nuri maliki, 3-cü başnazirlik tələbindən imtina edib və hökumət qurmaqda vəzifələndirilən Heydər Abadiyi dəstəkləmək qərarı verib. Qeyd edək ki, ən çox səs alan partiyanın sədri olaraq, hökumət qurmağın özünün haqqı olduğnu deyərək Abadiyə qarşı çıxan Maliki, ABŞ və İranın dəstəklərini kəsmələrindən sonra tamamiylə tək qalmışdı.

İŞİD-i havadan vurmaq yetərli deyil

Hərbi mütəxəssislər, ABŞ-ın İŞİD-ə qarşı hava əməliyyatlarının yetərsiz olduğunu deyiblər. NATO-nun keçmiş komandirlərindən James Stavridis, “Quruda əməliyyat keçrilməzsə, İŞİD-in əlindən işğal etdiyi torpaqları geri almaq çətin olacaq”, deyib.

ABŞ ordusuna məsləhətçilik edən professor Stephen Biddle isə, “İraqda 2003-2009-cu illərdə böyük hava gücünə malik idik, amma üsyanı yatıra bilmədik. O zaman bunu edə bilmədiksə, bu gün kiçik çaplı əməliyyatların uğur gətirəcəyinə inanmaq çətindir”, deyə danışıb.

Vüsal Qarayev







15 Avqust, 2014  08:39 Baxılıb: 675 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner