Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəzzada daha 5 gün uşaqlar öldürülməyəcək

İsrailin Qəzzaya başladığı Qoruyucu Zolaq əməliyyatında 1900-dən çox Fələstinli ölüb. Daimi sülhün təmin olunması üçün razılaşdırılan 72 saatlıq atəşkəsə isə, dünən gücə 5 gün daha əlavə olunub.

Simsar.az xəbər verir ki, hazırda Misirin paytaxtı Qahirədə müzakirələrə davam edən tərəflərdən, Fələstin heyyətinin rəhbəri Azzam əl-Əhməd, atəşkəsin uzadılmasında İsraillə razlaşdıqlarını bildirib. Misir Xarici İşlər Naizrliyi də bu xəbəri təstiqləyib. Qeyd edək ki, müvəqqəti atəşkəsin son günlərində, İsrail və Fələstin tərəfləri qarşılıqlı şəkildə atəşkəs pozmuşdular və hər iki tərəf də bu msələdə birbirini ittiham etmişdi.

Qalıcı yol xəritəsi

Qəhirədəki Fələstin heyyəti də, İsraillə qısa zaman içərsində Qəzzada qalıcı bir sülhə nail ola biləcəkləri yönündə ümidli danışıblar. Həmas nümayəndəsi İzzət əl-Rişək, bəzi nöqtələrdə razılaşdıqlarını, tam  razılığa gəlmək üçünsə zamana ehtiyyac olduğunu deyib.

İzzət: “Qəzzada dəniz limanı və hava limanı olması tələbimizi davam etdiririk. Qəzza blokadasının bir dəfəyə tamamən qaldırılmasına nail olacağın”.

Məlumat üçün bildirək ki, Fələstin, 2007-ci ildən bəri İsrail və Misirin həyata keçirdiyi quru və dəniz blokadasının ləğv edilməsini, İsrailin bağladığı 4 sərhəd qapısının açılmasını, İsrailin əlində olan Fələstinli məhkumların və Həmas vəkillərininin azad edilməsini istəyir.

İsrail isə, Fələstinin başdan qurulmasının, Həmasın aradan çəkilərək,  tamamən Fələstin rəhbərliyinin kontrolunda olmasını, təhlükəsizliyin tam təmin olunmasını istəyir.

Qaçqın şəhərciyində TOY

Atəşkəsin uzadılması, evlərindən qaçaraq sığınacaqlara və şəhərciklərə yerləşən Fələstinlilərə həyatın normallaşması baxımından fürsət olub. Heba Fayad (23) və Ömər Ebu Namar (30) cütlüyü də, nəhayət ki, bu günlərdə toy etmək qərarı veriblər. Qəzzadakı BMT məktəbində nigahları kəsilən cütlük, qaçqın şəhərciyinin içindəki bir məktəbdə də kiçik bir toy mərasimi keçiriblər. Heba, “Biri mənə belə bir toyun olacaq desə əsla inanmazdım. Amma belə oldu”, deyib.

Vüsal Qarayev






15 Avqust, 2014  08:27 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner