Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ən çox araq içən, siqaret çəkən, abort etdirən kimlərdir?

Dünyanın super dövlətlərindən hesab edilən Rusiyanın, 18 sahə üzrə rekord və antirekordları

1. Aviaqəzalar

Təkcə 2011-ci ildə Rusiyada 8 sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu göstərici ilə Rusiya aviaqəzaların sayına görə dünya lideridir. Ötən il isə ölkədə 4 sərnişin təyyarəsi qəzaya uğrayıb.

2. İnternetdə keçirilən vaxta

Beynəlxalq Somscore şirkətinin dünya ölkələri üzrə keçirdiyi araşdırmalara görə, rusiyalı internet istifadəçiləri orta hesabla sutkada 6,6 saat vaxtını internet qarşısında keçirirlər. Bu müddətdə onlar 1300 səhifəyə baxış keçirirlər. İkinci yerdə olan Braziliyada isə istifadəçilərin internetdə keçirdyi orta vaxt 6,3 saat, üçüncü yerdəki Kanadada isə 5,6 saatdır.

3. Xarici dövlətlərə verilən rüşvət

Dünyadakı rüşvət indeksini araşdıran “Transparency İnternational” təşkilatı yayımladığı hesabatda xaricə məhsul ixrac edən şirkətlərin rüşvət indeksini açıqlayıb. 28 ölkənin ixracat şirkətlərinin fəaliyyətini araşdrıan ekspertlər Rusiya şirkətlərinin bu sahədə birinci yerdə olduqlarını müəyyən ediblər.

4. Olimpiya Oyunlarına xərclənən pul

2014-cü il Soçi Qış Olimpiya Oyunlarının keçirilməsi üçün Rusiya 51 milyard dollar xərcləyib. Bu rekord məbləğ 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına (45 milyard dollar) və London Yay Olimpiya Oyunlarına (30 milyard dollar) xərclənən vəsaitdən qat-qat çoxdur.

5. Var-dövlətin qeyri-bərabər olması

“Global Wealth Report” təşkilatının açıqladığı son məlumatlara görə, Rusiyadakı pul aktivlərinin 71 faizi əhalinin yalnız 1 faizinin əlində cəmləşib. İkinci və üçüncü yerlərdə gələn Hindistan və İndoneziyada isə 1 faiz əhali milli kapitalın müvafiq olaraq 49 və 46 faizini əlində cəmləşdirib.

6. Nüvə başlıqlarının sayı

Beynəlxalq təşkilatların məlumatına görə, 2013-cü il üçün Rusiyanın arsenalında 8500, ABŞ-da 7700 və Çində 250 nüvə başlığı mövcuddur.

7. Ətraf mühitin çirkləndirilməsi

Amerikanın Blacksmith İnstitute mərkəzinin hesabatına görə, dünyanın ən çirkli 10 şəhərindən 3-ü Rusiyada yerləşir. Ümumiyyətlə, Yer kürəsinin ən çirkli 35 yerindən 8-i Rusiyanın payına düşür. İkinci yerdə olan Hindistanda isə bu göstərici 6-dır.

8. İçilən arağın miqdarı

Dünyada hər il 2 milyard litr araq içilir. 140 milyonluq Rusiyada adambaşına ildə 13,9 litr araq içilir. Bu göstərici ilə Rusiya 2013-cü ildə ən çox araq istehlak edən ölkə sayılır.

9. Qızıl alışı

Rusiya son 10 ildə 570 ton qızıl alıb. Bu göstərici ilə Rusiya Çini qabaqlayır. Bununla belə, ümumi qızıl ehtiyatlarına görə (958 ton) Rusiya dünyada 8-ci pillədə qərarlaşıb. Ən çox qızıl ehtiyatı olan ölkələr ABŞ və Almaniyadır.

10. Gənclər arasında zorakı ölüm hadisələri

Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, hər gün Avropada 10-29 yaş arasında 40 nəfər gənc zorakılığın qurbanına çevrilir.

Ölkələrin sıralamasında Rusiya birincidir. Rusiyada bu göstərici hər 100 min nəfərə görə 15,85, Albaniyada 11,2 və Qazaxıstanda 10,66-dır.

11. Siqaret çəkənlərin sayı

“Böyüklər arasında tütünün çəkilməsi ilə bağlı beynəlxalq sorğu” şirkətinin (GATS) araşdırmalarına görə, Rusiya tütün məhsullarının istifadəsinə görə dünyaya ilk pilləni tutur. Belə ki, ölkə əhalisinin yaşlı əhalisinin 39,1 faizi, yaxud 43,9 milyon nəfəri siqaret çəkir. Ora statistik rus gündə gündə 17 siqaret çəkir. Kişilərdə bu göstərici 18, qadınlarda isə 13-dür. Şimal qonşumuz hər il 400 min vətəndaşını siqaretin yaratdığı fəsadlarla bağlı itirir.

12. Meşələrin məhv edilməsi

BMT-nin yaşıllıq və meşə zonaları ilə bağlı keçirdiyi araşdırmalar Rusiyanın bu sahədə də dünya birincisi olduğunu ortaya qoyub. Hər il burada 1 milyon 100 min hektar meşə sahəsi məhv edilir.

13. Qeyri-iş günlərinin sayı

Rusiya 2013-cü ildə qeyri-iş günlərinin sayına görə dünyada lider ölkə olub. Dövlət bayramları ilə bağlı qeyri-iş günlərinin sayını hesablayan xarici analitiklər rusların ilin 40 gününü dövlət bayramları ilə bağlı işə çıxmadıqlarını müəyyən edib. Bu göstəriciyə həftəsonu istirahət günləri daxil edilməyib.

14. Ali təhsilli insanların çoxluğu

Beynəlxalq Əməkdaşlıq Təşkilatının 2012-ci il üçün hazırladığı hesabata əsasən, Rusiyada 25-64 yaş arasında insanların 54 faizi ali təhsil alıb. Eyni yaş qrupunda Kanada ikinci (51 faiz), İsrail üçüncü (46 faiz), ABŞ isə dördüncüdür (42 faiz).

15. Tank satışı

Beynəlxalq Silah Ticarəti Analiz Mərkəzinin məlumatına görə, Rusiya əsas döyüş tanklarının satışına görə dünyada ilk pilləni tutur. Əgər 2006-2009-cu illərdə dəyəri 1,57 milyard dollar olan 482 tank satılmışdısa, 2010-2013-cü illərdə artıq dəyəri 2,75 milyard dollar olan 859 tank xarici ölkələrə (o cümlədən Azərbaycana) satılıb.

16. Heroin istifadəçilərinin sayı

2012-ci ilin məlumatlarına görə, Rusiya dünyada satılan narkotiklərin 21 faizini, narkotik bitkilərin isə 5 faizini istifadə edir. Hər il 90 min rus heroin aludəçiliyindən vəfat edir.

17. Alkoqolizmdən ölüm sayı

Beynəlxalq Səhiyyə Təşkilatının hesbatlarına görə, dünyada baş verən ölümlərin 4 faizi alkoqolizmdən törəyir. Belə ölümlərin sayına görə dünya lideri olan Rusiyda isə hər 5 ölümdən birinin səbəbi məhz alkoqolizmdir.

18. Abortların sayı

Rusiya abort edən qadınların sayına görə də dünya lideridir. Hər 1000 doğuşa qarşı 1022 abort qeydə alınır. İkinci yerdə qərar tutan Rumıniyada isə hər 1000 doğuş 684 abortla müşahidə olunur.

Modern.az







14 Avqust, 2014  19:00 Baxılıb: 741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner