Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərhəddə 47 nəfər saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən cari ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

DSX-nin mətbuat mərkəzindən Simsar.az-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 33 halda 47 nəfər saxlanılıb. Onlardan 24-ü Azərbaycan, 11-i Özbəkistan, 4-ü Moldova, 3-ü Gürcüstan, 2-si Türkiyə, biri Rusiya, bir nəfəri İran, biri isə Ukrayna vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 20 halda 25 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 234 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 587 min manat olan qaçaqmal, o cümlədən üç pnevmatik tapança, iki bıçaq, 2,365 qram civə, Rusiya istehsalı olan 0,5 litrlik spirtli içkilər üçün 250 min saxta aksiz markası, 17 ədəd onluq qızıl pul, 4 ədəd beşlik qızıl pul, bir qızıl saat, 405 ABŞ dolları, 310 pirotexniki vasitə, 2434 qutu siqaret, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.







14 Avqust, 2014  18:14 Baxılıb: 707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner