Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Peyğəmbər” əsəri fars dilində

Azərbaycanın ölməz filosof-şairi Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib. Hüseyn Cavidin Ev Muzeyindən Simsar.az-a bildirilib ki, Cənubi Azərbaycanın Urmiya şəhərindən olan tədqiqatçı və şair Əkbər Həmidi Əlyar böyük ədibin mənzum əsərlərindən olan “Peyğəmbər”i fars dilinə tərcümə edib və AMEA Hüseyn Cavidin Ev Muzeyinə, eləcə də muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıya öz imzası ilə hədiyyə edib. Gülbəniz Babaxanlı bildirib ki, Əkbər Əlyarın fars dilini və Azərbaycan türkcəsini mükəmməl bilməklə yanaşı dərin fəlsəfi düşüncəsi onu deməyə əsas verir ki, o “Peyğəmbər”i məhz Cavidin çatdırmaq istədiyi gözəllikdə fars dilli oxuculara təqdim etmək iqtidarındadır.

Qeyd edək ki, bu əsər fars dilində Cavidin ən birinci tərcümə və çap edilmiş əsəri sayılır. İftixarla deyə bilərik ki, artıq Muzeydə Hüseyn Cavid irsinin təbliği sayəsində Şərqə doğru da mühüm addımlar atılır.

Ötən gün AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edən tədqiqatçı və şair Əkbər Əlyar bildirib ki, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcəkdir. Bu, H.Cavidi İranda daha geniş tanıdacaq və bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək.

 

 

 






14 Avqust, 2014  12:39 Baxılıb: 955 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner