Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Üçüncü prezidenti Azərbaycan əsilli ölkə – PAKİSTAN

Bugun Azərbaycanın hərbi, siyasi, iqtisadi müttəfiqi, Ermənistanın müstəqilliyini tanımayan yeganə dövlət – Pakistanın müstəqillik günüdür.

Əvvəl onu deyək ki, Pakistanin 3-cü prezidenti General Ağa Məhəmməd Yəhya  xan Azərbaycan əsillidir.

Münasibətlərin Tarixi:

Simsar.az tarixi qaynaqlara əsaslanaraq xəbər verir ki, Azərbaycan - Pakistan münasibətlərinin tarixi çox qədimdir. Təxminən beş yüz il öncə Bakı hökmdarları o zaman Şərq və Qərbin qovuşuğunda, məşhur İpək yolunun üstündə yerləşən Azərbaycana səfər edən Multan tacirləri üçün karvansara - Multan karvansarası inşa etdirmişdi. O vaxtlar Multandan olan tacirlər bu günədək adını qoruyub saxlamış karvansarada qalaraq, buranın əvəzolunmaz qonaqpərvərlik imkanlarından istifadə edirdilər. Multan karvansarası dəyərli mədəni və tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən mühafizə edilir.

Azərbaycan-Pakistan siyasi münasibətləri:

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.

Pakistanın şanlı tarixi:

Simsar.az-ın məlumatına görə, 1947-ci ildə istiqlaliyyət qazanan Hindistan dini icma prinsipi əsasında iki dövlətə - Hindistan və Pakistan dövlətlərinə bölündü. 1947-ci ilin avqustun 14-də müstəqil Pakistan dövlətinin yaradıldığı elan edildi. Onun əhalisi əsasən müsəlmanlardan ibarət idi. 1948-1950-ci illərdə ölkədə vergi və torpaq islahatları keçirildi. 1956-cı ilin martın 23-də Pakistan federativ respublika elan olundu. Onun tərkibinə iki vilayət - Qərbi və Şərqi Pakistan daxil idi. Ölkədəki qeyri-sabitlik 1958-ci il oktyabrın 8-də hərbi çevrilişə gətirib çıxardı. Hərbi hökumət konstitusiyanın və siyasi partiyaların fəaliyyətini qadağan etdi. 1962-cı il martın 1-də Pakistan prezident respublikası elan edildi. Prezident vəzifəsinə hərbi hakimiyyətin başçısı Əyyub xan seçildi. 1965-ci ildə Hindistanla Kəşmir ərazisi uğrunda hərbi münaqişə baş verdi.

1966-cı ildə Daşkənddə Hindistan və Pakistanın dövlət  başçıları görüşdü . Birgə razılıq bəyannaməsi qəbul edildi və münaqişə dinc yolla nizama salındı. Siyasi müxalifətin güclənməsi və Şərqi Benqaliyanın ayrılması uğrunda kütləvi hərəkatın başlanması 1969-cu ildə Pakistanda siyasi böhrana səbəb oldu. Həmin il martın 25-də Pakistanda yeni hərbi çevriliş baş verdi. Hakimiyyətə general Yəhya xan gəldi. 1970-ci ildə Pakistanın tarixində ilk dəfə olaraq parlament seçkiləri keçirildi. Seçkilər zamanı əksər səsi ölkənin şərqində Xalq Liqası partiyası, qərbində isə Pakistan Xalq partiyası qazandılar. Xalq Liqası partiyası Şərqi Benqaliyaya muxtariyyət verilməsi tələbi ilə çıxış etdi. Pakistan höküməti bu tələbi rədd etdi. Ölkənin şərq hissəsində separatizm hərəkatı başlandı.

1971-ci il martın 25-dən 26-na keçən gecə Şərqi Benqaliyaya qoşun yeridildi. Qanlı vətəndaş müharibəsi başlandı. Müharibənin ilk günündə, martın 26-da Banqladeş Xalq Respublikası elan olundu. 1971-ci ilin dekabrında hərbi münaqişəyə Hindistan da qoşuldu. Hindistan-Pakistan müharibəsi başlandı. Pakistan ordusu məğlub edildi. Bu məğlubiyyət nəticəsində Pakistanda hərbi rejim iflasa uğradı və general Yəhya xanın höküməti istefa verdi. Hakimiyyətə başda Pakistan Xalq partiyasının lideri Zülfüqar Bhutto olmaqla mülki hökümət gəldi. Yeni hökümət bir sıra mütərəqqi iqtisadi və sosial tədbirlər həyata keçirdi. Aparıcı sənaye sahələri, banklar milliləşdirildi. Aqrar islahatlar həyata keçirildi. Mülkədar torpaq sahibliyi məhdudlaşdırıldı. Kəndli təsərrüfatlarına dövlət yardımı artırıldı. 1972-ci ildə Hindistanla Pakistan arasında mübahisəli məsələləri həll etmək üçün saziş imzalandı.

1974-cü ildə Pakistan Banqladeşi müstəqil dövlat kimi tanıdı. 1976-cı ildə Hindistanla diplomatik münasibətlər yarandı. Xalq Partiyası (PXP) başda Z.A.Bhutto olmaqla yenidən seçkilərdə qələbə çaldı. Lakin müxalifət bloku - Pakistan Milli Alyansı seçkilərin nəticələrini tanımadı və yeni seçkilər keçirilməsi tələbini irəli sürdü. Ölkəni siyasi böhran bürüdü. Bundan istifadə edən general Ziya-ül-Həqq iyulun 5-da hərbi çevriliş edərək hakimiyyətə gəldi. O, parlamenti buraxdı. Konstitusiyanı ləğv etdi. Siyasi partiyaların fəaliyyəti dayandırıldı. Baş nazir Z.O.Bhutto hakimiyyatdən sui-istifada etməkdə günahkar bilinərək 1979-cu il aprelin 4-da edam olundu. Ölkədə ənənəvi həyat tərzinin dəyişməsi, yeniliklə köhnəliyin toqquşması keçmişi həsrətlə anmağı, dini dirçəltməyi yada saldı. Rəhbərlik dünyəvi döv1ət qurmaq prinsiplərindan uzaqlaşdı.

1979-cu ildə prezident Ziya-ül-Haqq Pakistanı İslam Respublikası elan etdi. Yeni hökumət cəmiyyətin sosial-siyasi hayatını İslamlaşdırmağa başladı. Bu dövrdə xarici siyasətin əsas istiqaməti qonşu Əfganıstanda baş verən hadisələrə yaxından müdaxilə etməyə, oradakı müqavimət hərəkatına hər cür yardım göstərməyə yönəldildi. Pakistan ərazisində 3 milyondan çox əfqan qaçqınına sığınacaq verildi. Daxildə isə siyasi sabitlik yox idi. Müxtəlif istiqamətli siyasi partiyalar bir-biri ilə mübarizə aparır, əhali arasında milli-dini zəmində toqquşmalar törədirdilər. Belə münaqişələr hamişə ordunun köməyi ilə yatırılırdı.

1988-ci ilin avqustunda Ziya-ül-Haqq təyyarə qəzasında halak oldu. Keçirilən parlament seçkilərində PXP kiçik üstünlüklərlə qələbə qazandı. Partiyanın sədri, edam olunmuş Z.O.Bhuttonun qızı Bənazir Bhutto baş nazir vəzifəsini tutdu. Yeni hökumət islahatlar keçirməyə, ölka həyatını demokratikləşdirməyə, əhalinin vəziyyətini yaxşılaşdırmağa dair tədbirlər planı irəli sürdü. Lakin müxalifətdə olan İslam Demokratik Alyansı partiyası onun apardıği siyasətə qarşı çıxdı və istefasını tələb etdi. Ölkəni yeni iğtişaşlar bürüdü.

1990-cı ildə prezident Qulam İshaq xan Bənazir Bhuttonu vəzifədən kənarlaşdırdı və parlamenti buraxdı. Yeni parlament seçkiləri keçirildi. İslam Demokratik Alyansı partiyası seçicilərin əksəriyyətinin səsini qazandı və yeni hökuməti formalaşdırdı.

1999-cu ildə Pakistanda yeni hərbi çevriliş baş verdi. General Pərviz Müşərrəf hakimiyyəti ələ keçirdi. Parlamenti buraxdı. Ölkədə vəziyyət sabitləşdikdən sonra hakimiyyəti mülki hökumətə verəcəyi barədə bayanatla xalqa müraciət etdi. 2001-ci ildə keçirilmiş prezident seçkilərində P.Müşərrəf ölkə prezidenti seçildi.Amma 2008-ci ildə öz vəzifəsindən istefa verdi.

Hazırda Pakistan prezidenti Asif Əli Zərdaridir.

Hüseyn İbadlı

 

 






14 Avqust, 2014  12:34 Baxılıb: 2446 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner