Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qanunsuz evlərin taleyi qaranlıqdır

Bu ərazilərdəki yaşayanların təhlükəsizliyinə heç kim təminat vermir

Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə tikilən qanunsuz evlərin taleyi hökumətin qanunsuz tikililərlə bağlı qərarından asılı olacaq.

“APA-ECONOMICS”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. “Bilirsiniz ki, hökumətdə komissiya yaradılıb, bu məsələlərə baxılır. Hansı qərar qəbul olunsa, biz onu yerinə yetirəcəyik. Hökumətin qərarını gözləyirik”, - deyə ARDNŞ prezidenti vurğulayıb.

Qanunsuz tikililər neft şirkətinə məxsus neftlə çirklənmiş ərazilərdə, hətta mədənlərdə də tikilib. Bu tikililərin hamısının qanunsuz olduğunu bildirən ARDNŞ rəhbəri qeyd edib ki, yalnız Neft Şirkətinin razılığı ilə inşa olunmuş tikililər qanuni sayılır: “Hansı tikililərin sənədi var, Dövlət Neft Şirkətinin icazəsi ilə tikilibsə, onu qanuni sayırıq. Hazırda şirkət bunun qarşısını alır. Maksimum dərəcədə çalışacağıq ki, heç olmasa texnoloji işlərin həyata keçirilməsinə mane olan tikililəri sökək. Ümumilikdə isə bütün bu məsələlər hökumətin qanunsuz tikililərlə bağlı qərarına uyğun həll olunacaq”.

Bununla yanaşı, ARDNŞ prezidenti bu ərazilərdə tikilən evlərin ilk növbədə sakinlərin özü üçün təhlükəli olduğunu bildirib: “Bir şeyi başa düşmək lazımdır ki, neft quyusunun yanında ev tikilməsi nə qədər təhlükəlidir, digər tərəfdən, ekoloji cəhətdən orda yaşamaq nə qədər mümkündür. Ola bilər ki, orda yaşayanlar bunu başa düşmürlər, amma bu vəziyyət həmin ailənin genofonduna, onu nəslinə ziyandır”.

R. Abdullayev bildirib ki, bu ərazilərdəki yaşayanların təhlükəsizliyinə heç kim təminat vermir: “Allah eləməsin, hər şey ola bilər. Bəzən quyularda müxtəlif proseslər gedir, hər şey mümkündür”.






2 Aprel, 2011  17:59 Baxılıb: 1430 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner