Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Apreldən bu günə 62 nəfəri ilan sancıb - RƏSMİ

Azərbaycanda avqust ayına qədər ilan, əqrəb, qaraqurd sancmasının statistikası açıqlandı

Bu il aprel ayından bu günə qədər Azərbaycanda qeydə alınan ilan və həşərat sancmalarının sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Simsar.az-a açıqlamasında deyib ki, aprel ayının 20-dən bu günə indiyə kimi 62 xəstə gürzə sancması, 14 nəfər əqrəb, 8 nəfər isə qaraqurd sancması ilə Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinə yerləşdirilib. A.Maqsudov deyib ki, gürzə sancması ilə zərərçəkənlərdən 1 nəfər 13 yaşlı uşaq dünyasını dəyişib. Kəskin-ağır şok vəziyyətində rayondan gətirilmişdi. Bütün müdaxilələrə baxmayaraq mərkəzə daxil olmasından 5 saat sonra vəfat etdi.

“Qaraqurd və əqrəb sancması ilə mərkəzə daxil olanlar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Əqrəb və qaraqurd sancması hadisələri əsasən Bakı ətrafı kəndlərdə qeydə alınıb. İlan sancma halları isə Azərbaycanın müxtəlif rayonlarında – Bərdə, Yevlax, Şəmkir, Qazax, İsmayıllı, Goranboy, Şamaxı, Ağsu, Hacıqabul, Kürdəmirdə, Qəbələdə, Bakı ətrafı rayonlardan – Qobustan, Qaradağ, Xəzərdə daha çox qeydə alınıb.

Hadisələrin sayını ötən ilin müvafiq dövrü ilə müqayisə edən A.Maqsudov hələlik ciddi artım olmadığını əksinə azalma olduğunu bildirib. Ötən il istilər başlayandan sentyabr ayına qədər ilan sancması ilə bağlı şöbəyə 128 müraciət daxil olmuşdu. Bu il isə avqusta qədər 62 nəfərdə ilansancma hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə hadisələrin və müraciətlərin sayı daha çox idi. Amma getdikcə müraciətlərin sayının artması gözlənilir.

“Dərmanların əlavə təsiri  ilə bağlı aprel ayından indiyə kimi  şöbəyə 38 müraciət daxil olub. Onlardan 2 nəfər uşaq, 9 nəfər qadın, 27 nəfər isə kişi olub.

Uşaqların zəhərlənməsinə isə əsas etibarilə  antibiotik tərkibli preparatlar və polivitaminlərin qəbulu səbəb olub”.

Aysel Kərimova

 

 

 






14 Avqust, 2014  11:25 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner