Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Masallıda baş verən yanğın söndürülüb – AÇIQLAMA

“Masallı rayonunda baş verən meşə yanğını nəticəsində 5 hektar əraziyə ziyan dəyib”

Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında başlayan yanğın tamamilə söndürülüb. Bu barədə  Simsar.az-a  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

“Yanğın nəticəsində 5 hektar əraziyə ziyan dəyib. Hadisə yüksək dağlıq ərazidə közərmələr qeydə alınıb, quraqlıq olduğundan və hava küləkli keçdiyindən yenidən alovlanmanın baş verməməsi üçün aviasiya cəlb olunub.

Qurum rəsmisinin sözlərinə görə, yanğın yüksək ərazidə baş verdiyindən hadiisə yerinə canlı qüvvənin cəlb olunması qeyri-mümkün idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarının əməkdaşları, yanğından mühafizə dəstələri, həmçinin yerli sakinlərin köməyi nəticəsində yanğın tam söndürülüb.

Yanğlının yenidən alovlanma ehtimalı olduğundan Masallı və ətraf rayonlardan olan dövlət yanğından mühafizə hissələrinin birgə səyi ilə yanğının genişlənməsinin qarşısının alınması istiqamətində mümkün olan lazımi tədbirlər görülüb.

Qeyd edək ki, 11 avqust tarixi saat 16:00 radələrindən etibarən Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6 A saylı dolayında  baş verən yanğın dünənə kimi davam edib. Yanğının söndürülməsi işinə FHN, ETSN və yerli qurumların 400-ə yaxın canlı qüvvəsi və 2 helikopter cəlb olunub.

 

Aysel Kərimova

 






14 Avqust, 2014  10:49 Baxılıb: 781 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner