Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycan tolerantlıq ərazisidir”-FOTOSƏRGİ

İsrailin Afula şəhərinin Mədəniyyət Sarayında “Azərbaycan tolerantlıq ərazisidir” fotosərgisinin açılışı olub. Bu barədə Simsar.az-a  “Azİz” Assosiasiyasından məlumat veriblər. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Milli Tolerantlıq Mərkəzinin və Heydər Əliyev Fondunun dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının layihəsi çərçivəsində təşkil olunmuş bu səyyar sərgi artıq yarım ildən çoxdur ki, ölkəni gəzir.

Kiryat-Qat, Neşer, Tirat-Karmel, Akko və Lod sakinləri eksponatlarla artıq tanış olublar.

Gecənin aparıcısı, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman toplaşanları səmimi salamlayıb. Onların arasında şəhərin birinci şəxsləri – Afulanın meri İtshak Miron və onun müavini Mixail Barkan da olublar. Qeyd etmək lazımdır ki, cənab Barkan 5 il İsrailin Azərbaycan Respublikasındakı konsulu olub.

Afulanın meri mərakeşli İtshak Mironun rus dilində çıxış etməsi hamını təəccübləndirib. Məlum olub ki, o, 10 ay bundan əvvəl keçmiş SSRİ-dən gəlmiş insanların böyük bir icmasının yaşadığı bir şəhərin meri olarkən rus dilini öyrənməyi qərara alıb.

Tədbir iştirakçıları Azərbaycanda yəhudi icmasının tarixinə dair maraqlı mühazirəyə qulaq asıb, “Azərbaycan İsrail jurnalistlərinin gözü ilə” televiziya süjetinə baxıblar. Leonid Barştakın rəhbərlik etdiyi simli kvartetin çıxışı gecəyə yekun vurub. Proqramda Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin populyar əsərləri səsləndirilib.

Fotosərgiyə gələnlərə respublika ərazisində əsrlər boyu yanaşı fəaliyyət göstərmiş kilsələrdən, məscidlərdən və sinaqoqlardan söhbət açan fotoşəkillərdən ibarət prospektlər, ötən il “İsraildə Azərbaycan günləri”nin keçirilməsi haqqında filmin diski və “Baku” jurnalı hədiyyə edilib.

 

Günel







14 Avqust, 2014  08:48 Baxılıb: 870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner