Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda yeni animasiya filmi çəkilir

“3Dost” animasiya studiyası “Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi çəkir.

Studiyadan Simsar.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan filmin ideya müəllifi Müşfiq Hətəmovdur. Süjet xətti Yusif Şeyxova məxsusdur. Filmin ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur.

Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır. Onunla bu macəralarda ən yaxın dostu tutuquşu Qaqqili də iştirak edir.

Filmdə 8 personaj var. Elementlər və detallar üzərində işlər çox dəqiqliklə aparılır. Yaradıcı heyət hər bir detalda, obrazda azərbaycanlılığın hiss olunmasını qarşısına məqsəd qoyub.

Filmin preprodakşn (ön hazırlıq) mərhələsi artıq bitib. Hazırda istehsal mərhələsinə başlanılıb. Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 3D formatında ilk animasiya filmini məhz “3Dost” animasiya studiyası çəkib. 2012-ci ildə ərsəyə gələn film “Cırtdan və Təpəgöz” adlanır.

Bu layihəni davam etdirmək və serial formasında animasiya filmi çəkmək nəzərdə tutulub.


Günel







14 Avqust, 2014  08:40 Baxılıb: 913 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner