Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Canlı bomba”ya çevrilən uşaqlar axtarılır

Sadəcə 10 və 11 yaşlarında iki uşağını canlı bomba edilməsi üçün İŞİD-ə təhvil verən ata, dünyanı şoka salıb. Səudiyyə Ərəbistanı hökuməti isə, canlı bomba ediləcək iki uşağı Türkiyədə axtarır.

Abdulla və Əhməd adlı 2 qardaşı, ataları canlı bomba edilməsi üçün Türkiyəyə aparıb. Bu xəbər bütün Avropanı ayağa qaldırıb.

Simsar.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanından Nasər əl-Şayeq adlı bi ata, arvadına, “uşaqları tətilə aparıram”, deyərək onları Türkiyəyə aparıb və şəhid olmaları üçün İŞİD militanlarına təhvil verib.

Avropa mətbuatının geniş yer verdiyi xəbərdə, ananın bu məsələdən, ərinin Türkiyədə sosial şəbəkələrdə uşaqlarının şəkillərini paylaşmasından sonar xəbər tutduğu bildirilir.

Gözünü qan tutmuş ata, sosial şəbəkədə, “Uşaqlarım Allah yolunda şəhid olmaq üçün yola çıxdılar” sözlərini yazıb. Atanın məqsədinin, uşaqlarının canlı bomba kimi istifadə edilməsinin olduğu bildirilir.

Səudiyyə hökuməti artıq Türk hökuməti ilə əlaqəyə yaradaraq, uşaqların tapılması üçün kömək istəyib.

Vüsal Qarayev







14 Avqust, 2014  08:20 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner