Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Naxçıvana nəql edilən qazın həcmi artırılır

Azərbaycan Naxçıvan Muxtar Respublikasına verilən təbii qazın həcmini artırmaq niyyətindədir və mavi yanacağın İran İslam Respublikası ərazisindən nəqli üçün bu ölkənin müvafiq qurumlarına müraciət edib.

Simsar.az xəbər verir ki,bu barədə İRNA xəbər agentliyinə müsahibəsində İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əli Məcidi məlumat verib.

Nazir müavini bildirib ki, bu məsələ ilə əlaqədar tərəflər arasında görüşün keçirilməsinə hazırlıq görülür. İran Azərbaycanın müraciətinə müsbət cavab verəcək. Hazırda Azərbaycan İran üzərindən Naxçıvana 1 milyard kubmetrə yaxın qaz nəql edir.

İran üzərindən Naxçıvana qazın nəql edilməsi haqqında tərəflər arasında 2005-ci ildə müqavilə imzalanıb. Sənədə əsasən Azərbaycan 25 il müddətində İran ərazisindən istifadə edərək Naxçıvana istənilən həcmdə təbii qaz nəql edə bilər. Ötən il bu marşrutla Naxçıvana 424 milyon kubmetr qaz nəql olunub.

 

Vüsal Qarayev







14 Avqust, 2014  08:19 Baxılıb: 836 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner