Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanlı biznesmenin 12 qırğız qulu azad edildi

Qırğızıstanın Rusiyadakı səfirliyi Tula vilayətində 3 ay ərzində qul kimi işlədilən 12 qırğızı azad etməyə nail olub.

Bunu “Azadlıq” radiosunun qırğız xidmətinə (“Azattık”) Qırğızıstanın Rusiyadakı səfirliyinin II katibi Ayımkan Kulukeyeva bildirib.

“Həmin 12 qırğız üç ay qul kimi işlədilərək istismar olunub. Onlar Qırğızıstanı mayın 1-də tərk edərək Rusiyaya gəliblər. Dediklərinə görə, onları Rusiyaya Məhəbbət adlı bir qadın göndərib. Qırğızıstan vətəndaşlarını öz əkin sahələrində kartof və kələm yığmağa məcbur edən şəxs isə bir azərbaycanlı iş adamı olub” - deyə A.Kulukeyeva bildirib.

Qırğızıstan səfirliyindən verilən məlumata görə, qula çevrilmiş qırğızlar arasında hamilə qadınlar da olub. Həmin qadınlardan biri müntəzəm olaraq döyülməkdən, ağır işdən və işgəncəyə məruz qalmaqdan uşağını itirib. Xəbərə görə, hazırda həmin qırğızların Rusiyadan ölkələrinə göndərilməsinə hazırlıq gedir. Onları qula çevirən azərbaycanlı sahibkarın adı isə açıqlanmır.






13 Avqust, 2014  18:42 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner