Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Avropanın ilk tramvayı yenidən relsə çıxdı

Avropada ilk tramvay səfərinin baş tutduğu Bosniya və Herseqovina paytaxtı Sarayevoda, 1885- ci ildə ilk tramvay səfərini həyata keçirən tramvayın bənzəri olan nostalji tramvay yenidən relslərə endirilib.

Simsar.az xəbər verir ki, Birinci Dünya Müharibəsinin 100-cü ili münasibətiylə Sarayevodakı əhalinin daşınmasından məsuliyyətli olan GRAS şirkət tərəfindən düzəltdirilən əl işi tramvayın paytax vağzalından hərəkətindən əvvəl mərasim təşkil edilib.

Vətəndaşlar Nostalji adı verilən tramvay ilə sentyabrın 9- na kimi şəhər içində səyahət etmək imkanı əldə edəcəklər. İçi 100 il əvvəlki Sarayevo, Viyana, Budapeştə və Praqaya aid şəkillərlə bəzədilmiş tramvayda, İngilis və boşnaqca danışan bələdçilər xidmət göstərəcək.

Layihənin rəhbərlərindən Macarıstanın Sarayevodakı səfiri Jozef Pandur, verdiyi açıqlamda layihənin həyata keçirilməsindən böyük məmnunluq hissi duyduğunu söyləyib. Pandur bildirib ki: “Bu layihə ilə biz insanları yüz il əvvələ aparıb, onlara Birinci Dünya Müharibəsindən əvvəlki zamanı xatırlatmaq istədik. Sarayevodakı tramvay o dövrün simvoludu”. Tramvayın maşinisti Salih Manyiç, uzun illərdir GARS-da işlədiyini və şirkətdəki hər maşinistin bu tramvayı idarə edə bilmədiyini deyib.

Fatih Sultan Mehmed tərəfindən 1463- cü ildə Osmanlı torpaqlarına qatılan Bosniya və Herseqovina, 1878- ci ildə Avstriya-Macarıstan İmperatorluğunun hakimiyyəti altına keçdi. Bosniyada hakimiyyəti ələ alan Avstriya-Macarıstan İmperatorluğu, ölkədə bir sıra layihələr həyata keçirdi və bu layihələrdən biri də “Avropanın ilk tramvayı” oldu.

Günel

 

 

 






13 Avqust, 2014  16:35 Baxılıb: 704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner