Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Külli miqdarda heroin aşkarlanıb

Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə keçirilməsinin qarşısı alınıb.

Simsar.az xəbər verir ki, 28 iyul - 8 avqust 2014-cü il tarixlərdə, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyəta keçirdikləri tədbirlər çərçivəsində, Astara Gömrük məntəqəsindən daxil olaraq Gürcüstan Respublikasına gedən Türkiyə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun döşəməsinin altından, qablaşdırılmış şəkildə ümumi çəkisi 69 kiloqram 610 qram təşkil edən, 116 ədəd polietilen bükümdə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə)  maddələri ilə cinayət  işi başlanıb.

İş üzrə Türkiyə vətəndaşı şübhəli şəxs qismində tutularaq, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunmub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vüsal Qarayev







13 Avqust, 2014  14:34 Baxılıb: 653 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner