Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ağır cinayətkarlar həps edildi

Respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində, cari il fevralın 20-də Gəncə şəhərində xüsusi amansızlıqla törədilən qətlin açılması və onun törədilməsində şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.

Simsar.az xəbər verir ki, qeyd edilən tarixdə saat 20 radələrində Gəncə şəhər sakini Maral İsmayılzadənin yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayətin Gəncə şəhər sakinləri Arzu Quliyev və Yusif Əliyev tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb ediliblər.

Aparılan istintaqla müəyyən edilib ki, A.Quliyev və Y.Əliyev qabaqcadan cinayət əlaqəsinə girərək özləri ilə maska, əlcək, yapışqanlı lent və armatur parçası götürüb şəhərdə imkanlı şəxs kimi tanıdıqları Maral İsmayılzadənin yaşadığı evə gəib, ev sahibəsinə qarşı zor tətbiq etməklə pul və qızıl-zinət əşyalarını verməsini tələb ediblər. M.İsmayılzadə qiymətli əşyalarının olmadığını, pulların isə bankda olduğunu bildirdikdə, onlar mənzili axtarsalar da, istədiklərini tapa bilməyiblər. Törətdikləri cinayətin  izlərini gizlətmək məqsədi ilə A.Quliyev və Y.Əliyev ev sahibəsinin üzərinə neft məhlulu tökərək yandırdıqdan sonra evi tərk ediblər.

İstintaq zamanı o da müəyyən edilib ki, A.Quliyev 2014-cü ilin mart-avqust aylarında özünə məxsus həyətyanı sahədə narkotik tərkibili bitkilərin əkilib-becərilməsi ilə də məşğul olub. Onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu  ilə yetişdirilmiş, ümumi çəkisi 633 kiloqram 300 qram olan 108 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

A.Quliyev və Y.Əliyev tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsində əsaslı şübhələr olduğundan, onlara Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6 və 120.2.11 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Vüsal Qarayev







13 Avqust, 2014  13:43 Baxılıb: 691 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner