Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənistan Qarabağa görə 10 milyard dollar tələb edib - İDDİA

Rusiyanın politrus portalında anonim müəllifin Qarabağa dair sensasion məlumatı dərc olunub.

Simsar.az İranın “Sahar” kanalına istinadla xəbər verir ki, Azərbayanın Qarabağı geri almaq üçün Ermənistana 5 milyard dollar təklif etdiyi iddia olunur.

Məlumatda deyilir: “Politrus saytının prezident İlham Əliyevin ətrafına yaxın məlumatlı mənbədən aldığı informasiyaya görə, Azərbaycan Emənistana 5 milyard dollar tranş verməyə hazırdır. Bu, Ermənistanın bütün xarici borcunu ödəməyə bəs edər. Pul köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur”.

“Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Politrus.com-un mənbələrinin məlumatına görə, Serj Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılıq verə bilərlər. Yəni ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir” - deyə sayt iddia edir.

Hüseyn İbadlı

 






13 Avqust, 2014  11:37 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner