Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Daha 8 rayon və şəhərdə əmək yarmarkası keçirəcək

Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə, növbəti əmək yarmarkasını avqustun 14-də Oğuz rayonunda keçirəcək. Yarmarkada 180-ə yaxın boş iş yeri təqdim olunacaq.

Simsar.az –ın məlumatına görə ümumilikdə bu ayın sonunadək DMX tərəfindən Oğuz rayonu ilə yanaşı, Xaçmaz, Hacıqabul, Goranboy, Samux, Kürdəmir, Cəlilabad rayonlarında və Şirvan şəhərində də əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.  Həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatlar toplanır.

Tədbirlərdə ayrı-ayrı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Əmək yarmarkalarında sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.

Vüsal Qarayev

 

 

 

 






13 Avqust, 2014  11:08 Baxılıb: 570 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner