Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ebola virusundan ölənlərin sayı mini keçdi

Simsar.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı  Qərbi Afrikadakı ebola virusundan ölənlərin sayının mini keçdiyini açıqlayıb. Virusun yayılmağa başladığı gündən bəri 1013 can aldığını bildirən təşkilat, ümumilikdə 1848 yoluxma  hadisəsinin qeydə alındığını bildirib. 7-9 avqust tarixləri arasında daha 52 nəfərin  virusa yoluxaraq öldüyünü  diqqətə çatdıran təşkilar, hazırkı vaxtda 69 yeni yoluxma hadisəsinin aşkarlandığını açıqlayıb. Bu yoluxmaların 11-i Qanada, 45-i Liviyada, 13-ü isə Sierro Leonedə aşkar olunub. Qanada 6, Liviyada 29, Sierra Leondedə 17 nəfər ölüb.

Fildişi Sahilində isə təsbit edilən 40-a yaxın şübhəli vəziyyətin nəticələrinin neqativ çıxdığı açıqlanıb. Ötən həftə Dünya Səhiyyə Təşkilatının verdiyi açıqlamada 961 nəfərin öldüyü 1779 nəfərdə isə xəstəliyin aşkarlandığı bildirilmişdi. Bu günə qədər hərhansı bir dərmanı və peyvəndi tapılmayan ebola virusu üçün sınaq dönəmində olan dərmanların tətbiq edilib edilməyəcəyi məsələsini qaldıran təşkilat, dərmanların müalicə üçün istifadəsinin doğru olduğunu bildirib.

Təşkilatın bu açıqlamasından əvvəl isə ABŞ-dan Liviyayanın ebola virusuna qarşı hazırlanmış dərmanın onlara göndərilməsi tələbinin Barak Obama, ABŞ Səhiyyə Nazirliyi və ABŞ Qida və Dərman İdarəsi tərəfindən qəbul edildiyi açıqlanıb. Bundan başqa eboladan ən çox təsirlənən Liviyada virusun yayılması səbəbindən tibb mərkəzlərinin bağlanması, xalqı öz-özünü müalicəyə məcbur etdiyi bildirilib. Avropada ebola virusundan ilk ölüm hadisəsi qeydə alınıb. Liviyada vəzifəsini yerinə yetirdiyi zaman ebol virusuna tutulan ispaniyalı rahib Miquel Pajaresin öldüyü bildirilib.

Rəqəmlərlə Ebola

1976: Ebolanın meydana çıxdığı tarix

4: İndiyə qədər görülən ebola virusunun epidemiya sayı(1976, 1995, 2000, 2003)

1848: 2014-cü il epidemiyasından indiyənə qədər qeydə alına yoluxma hadisəsi

1013: 2014-cü ildə epidemiyadan indiyənə qədər ölənlərin sayı

4: Ebolanın yayıldıı ölkə sayı(Qana, Liviya, Sierra Leone, Nigeriya)

25-90: Epidemiyaya tutulanların ölüm nisbəti

60: Sərhəd tanımayan həkim sayı

3.9 milyon avro: Avropa Birliyinin epidemiya ilə mübarizə üçün göndərdiyi yardımın miqadrı

0:Xəstəliyin müalicəsi üçün tapılan dərman sayı

Günel







13 Avqust, 2014  10:43 Baxılıb: 693 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner