Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünyanın ən məşhur solaxayları – SOLAXAYLAR GÜNÜ

Bu gün Dünya Solaxaylar Gündür

Bəlkə solaxaylar bilirdi, amma mənim kimi bilməyənlərə də bildirək ki, Dünya Solaxaylar Günü deyilən bir gün var və o gün məhz bu gündür. Beynəlxalq Solaxaylar Günü ilk dəfə 1992- ci ildə İngilis Solaxaylar Klubu tərəfindən qeyd olunub. Hər il avqustun 13-də qeyd olunan bu bayramada əsas məqsədlərdən biri cəmiyyətin onları nəzərə amlalarına diqqət çəkməkdir. Həmçinin istehsalçıların onları da tanımasını və onlara uyğun məhsullar  istehsal etmələrini hədəfə almaqdır. Bu gün çərçivəsində hazırlanan hər növ yarışma, onları anlaya bilmək üçün solaxaylara aid vasitələrlə oynanılır.

Solaxaylıq xəstəlikdir, yoxsa xüsusiyyət?

Adətən sağ əlin istifadə olunduğu bu dünyada solaxay insanlara fərqli gözlə baxılır. Bəzi insanlar solaxaylığı xəstəlik olaraq görür, bəziləri isə bunun bir xüsusiyyət olduğunu düşünür. Yaxşı bəs solaxaylıq həqiqətən də bir xəstəlikdirmi?

Bunu anlaya bilmək üçün kiçik bir araşdırma apardıq. İnsan yaddaşının sağ radiusu bir şeyin qoxusunu, rəngini anlamaq və ya onu görmək kimi funksiyaları yerinə yetirirsə, sol radius danışma, oxuma, yazma, riyazi, analatik kimi funksiyaları təmin edir. Solaxayların beyinlərinin işləməsində sağ tərəfin rolu böyük olduğuna görə onların əksəriyyəti aktyor, sənətçi, yazıçı, rəssam kimi məsləkləri seçirlər.

2008-ci ildə İngilis alimləri solaxayların genini araşdırmışdılar. LPPTMI olaraq adlandırılan bu gen, danışma və eşitmə sistemlərinin qurulmasında böyük rol oynayır. 2006- cı ildə isə Lafayet Kollecinin və John Hopkins Universitetinin tədqiqatçılarının araşdırdırmalarına görə, kollecdən məzun olan solaxay oğlanların əksəriyyəti, solaxay olmayan oğlanlardan daha varlı olublar. Latın əlifbasına görə yerləşdirilmiş standart klaviaturada  çox istifadə olunan həriflər klaviaturanın sol tərəfində yerləşir. Ona görə də solaxaylar komyüterdə, sağ əlini işlədənlərə nisbətən daha sürətli işləyirlər.

Varlı insanların çoxu solaxaylardır

Son araşdırmalar da bunu sübut edib ki, solaxay insanlar sağ əli ilə işləyən insanlara nisbətən 10-15 dəfə çox qazanc əldə edirlər.

“Time”ın araşdrması heç də təəccüblü deyil, çünki zəkasını pula çevirə bilən və dünyanı dəyişdirən “Microsoft”un sahibi Bill Qeyts və “Apple”in qurucusu Steve Jobs ilə dünyanın ən məşhur teleaparıcısı sayılan Oprah Winfrey solaxaydılar. Dünyanın ən varlı insanları siyahısındakı solaxayların sayı, adi solaxay insanların sayından daha çoxdur.

Solaxay idmançılar daha çox uğur əldə edir

Məsələn Amerikada çox əhəmiyyətli bir idman növü sayılan beyzbol oyunçularının əksəriyyəti solaxaydır. Məsələn, Ken Qriffey sol əli ilə mükəmməl atışlar etdiyi üçün təqdir edilən bir insandır. Futbolçular içərisində də əfsanələrin bir çoxu solaxaydır. Pele, Messi, Maradona. Türk futbolunun ən istedadlı oyunçularından olan Sərgən Yalçın da sol ayağının məharəti ilə məşhurdur.

Solaxay insanlar çox yaxşı avtomobil idarə edirlər

“Automobile Association Developments” in apardığı araşdırmaya görə, sürücülük vəsiqəsi imtahanlarında solaxaylar, sağ əlini işlədənlərlə müqayisədə daha uğurludurlar. Sağ əllə yemək yeyənlər adətən əti sol əl ilə kəsib, sonra dəyişdirib sağ əl ilə yeyir. Solaxayların isə belə bir dərdi yoxdur. Yəni şanslıdırlar. Solxaylar anadangəlmə mədənidirlər.

Solaxay liderlər

Solaxay insanların beyni siyasət sahəsində da özünü göstərir. ABŞ tarixində ən uğurlu  prezidentlər solaxaydır. Barak Obama, Bill Klinton, Corc Buş, Gerald Ford və Harri Truman ən məşhur solaxay prezindetnlərdir.

Bəzi alimlərin söylədiyinə görə Rusiyanın indiki prezidenti Vladimir Putin də gizli solaxaydır.

Bunları bilmək maraqlıdır

Leonardo da Vinçi hər iki əlini də eyni istiqamətdə idarə edə bilməyi öyrənmişdi.

Dünyada 500 milyon solaxay insan yaşayır

Qadınlara nisbətən kişilər arasında solaxaylar çoxdur

Solaxayların ömrü solaxay olmayanların ömründən 9 il daha azdır. Çünki sağ ələ uyğun olaraq qurulan dünyada solaxaylar uyğunsuzluqlar səbəbindən daha çox yorulub, dana erkən ölürlər.

Qütb ayılarının hamısı, siçanların yüzdə 28-i solaxaydır.

Məşhur solaxaylar

Albert Eynşteyn, Barak Obama, Bethoven, Corc Buş, Bill Qeyts, Eminem, Leanordo Da Vinçi, Napoleon Bonapart, Maradona, Sezar, Ancelina Coli, Fidel Kastro, Böyük İskəndər, Robert de Niro, Fidel Kastro, Mikalangelo, İshak Nyuton, Pikasso, Merlin Monro, Culia Roberts, Mark Tven, Kolin Pouell, Kraliça Viktoriya, Şahzadə Çarlz, Bob Dilan, Demi Mur, Tom Kruz, Brus Vilis, Stiv Forbes, Sərgən Yalçın, Rinqo Star, Cim Hendrix, Ben Stiller, Nikol Kidman, Aristotel, Çiçeron, Benjamin Franklin, Mahatma Qandi dünyanın ən məşhur solaxayları siyahısındadırlar.

Günel







13 Avqust, 2014  09:56 Baxılıb: 3971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner