Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbər müşavirini qovdu - QARŞIDURMA

Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə ötən gün axşam saatlarında keçirilən iclasında qalmaqal baş verib. Simsar.az AzNews.az-a istinadən xəbər verir ki, iclasda Müsavat başqanının müşaviri Hüseyn Məlikin fəaliyyəti müzakirə mövzusu olub.

İclasda çıxış edən bəzi funksionerlər H. Məliki partiyanın nüfuzuna xələl gətirməkdə və qurumun qərarlarının əleyhinə addım atmaqda ittiham ediblər. Yığıncaqda H. Məlikin partiyanın müşaviri kimi fəaliyyəti mənfi dəyərləndirilərək, onun bu postdan çıxarılmasına dair xüsusi qərar verilib.

Partiya başqanı İsa Qəmbər H. Məlikin Müsavat üzvülüyündən çıxarılıb-çıxarılmaması məsələsini Divanın səlahiyyətinə verib.

İclasda bəzi funksionerlər isə H. Məlikin partiyadan çmıxarılmasını təklif ediblər. Lakin bu təklif hələ ki, qəbul olunmayıb.

Onu da qeyd edək ki, H. Məlikə yönələn təzyiqlərə əsas səbəb kimi onun AXCP ilə yaxın əməkdaşlıq etməsi olub.

AzNews.az-ın əməkdaşının suallarını cavablandırmayan Hüseyn Məlik isə “Facebook”dakı səhifəsində özü ilə bağlı partiyada yaranmış gərginliyi belə şərh edib: “2003-ildən hal-hazıra qədər Müsavat Partiyasının üzvü olduğumdan qürur hissi duyduğumu, bu andan etibarən partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünü qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram”.






13 Avqust, 2014  09:02 Baxılıb: 641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner