Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Vertolyot qəzaya düşdü

Yezidilərə kömək daşıyan vertolyot qəzaya düşüb.

Simsar.az-ın məlumatına görə, İraq Parlamentinin yezidi millət vəkilinin də içində olduğu vertolyot Sincar dağında düşdü.

Alınan məlumata görə qaçqınlar və jurnalistlərdən ibarət 20 nəfərlik heyətin olduğu vertolyot yezidilərə yardım çatdırmaq üçün Sincar dağına qalxıb, ancaq vertolyot yardımları havadan buraxmaq üçün alçalmağa başladığı vaxt texniki bir qəza nəticəsində yerə düşüb.

Pilotun həyatını itirdiyi qəzada ekipaj və sərnişinlər yaralanıb.

Dahil şirkətinin rəsmisi Həsən Ömər Anadolu Agentliyinin müxbirinə deyib ki, qəza nəticəsində pilot həyatını itirdi, digər 20 nəfər yaralandı.

İraq ordusunun sözçüsü Noyabr Ata da Sincar dağındakı köməksiz qalan yezidilərə yardım aparan M-17 tipli bir vertolyotun texniki bir qəza nəticəsində düşdüyünü deyib.

Sincar bölgəsindəki Peşmərgə komandiri Sərbəst Babiri isə vertolyotun texniki qəza səbəbiylə düşdüyünü, hər hansı bir İŞİD hücumunun söz mövzusu olmadığını qeyd edib.






12 Avqust, 2014  21:17 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner