Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kolleclərə imtahanların nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini elan edib. Bu barədə TQDK-dan Simsar.az-a daxil olan məlumatda bildirilir.

Nəticələr avqustun 11-də saat 17:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilmişdir. Abituriyentlər qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Boş qalan 2116 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5039 abituriyent ərizə təqdim etmişdir. Onlardan 1362 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur.

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 12-də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaqdır.

Qəbul olanlar avqustun 13-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcəkdir.







12 Avqust, 2014  16:52 Baxılıb: 625 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner