Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tibb Universitetinə 980 nəfər qəbul olub

Bu il Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesi davam edir. Simsar.az xəbər verir ki, bu il universitet rəhbərliyi tərəfindən qeydiyyat prosesinin daha rahat keçməsi üçün mümkün olan bütün tədbirlər görülüb. Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən ATU-nun internet saytına, həmçinin rəsmi Facebook səhifəsinə yerləşdirilib. Gənclər qeydiyyatla bağlı suallarını ATU-nun Facebook səhifəsinə ünvanlayıblar. Abituriyentlər eyni zamanda universitetdə xüsusi olaraq qeydiyyatla bağlı sualları cavablandırmaq üçün ayrılan telefon nömrəsinə də zəng edirlər.

Hazırda ATU-da hər bir fakültənin qeydiyyatı ayrılıqda aparılır. Bu da son nəticədə qeydiyyata gəlmiş tələbə və valideynlər arasında sıxlıq yaranmasının qarşısını alır. Gənclər cəmi bir neçə dəqiqə ərzində qeydiyyatdan keçib sənədlərini fakültə nümayəndələrinə təqdim edirlər.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetinə 980 nəfər qəbul olub. Ən çox qəbul müalicə işi fakültəsindədir – 635 nəfər. Bu il ATU-nun stomatologiya fakültəsinə 100 tələbə qəbul olunub. 75 gənc əczaçılıq, 90 nəfər isə hərbi tibb fakültəsini seçib. Tibbi profilaktika fakültəsinin tələbəsi adını 80 tələbə qazanıb.

Qeyd edək ki, I kurs tələbələrinin qeydiyyatı avqustun 18-nə kimi davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla)  ATU-nun 5 saylı tədris korpusunda hər gün saat 9:00-dan 17:00-a qədər aparılır. Bu müddətin sonuna kimi qeydiyyatdan keçməyən tələbələr öz yerlərini itirmiş sayılır.

Əlavə məlumat almaq üçün (012) 595-49-11 nömrəsi ilə əlaqə saxlamaq olar.

 

 






12 Avqust, 2014  15:44 Baxılıb: 646 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner