Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Oğurlanan smartfonlar məsafədən deaktiv ediləcək

Telefon istehsalçılarını qurğuları uzaq məsafədən bloklama funksiyası ilə təchiz etməyə məcbur edəcək qanun layihəsi qəbul edilə bilər. “Kill Switch” (“ölüm düyməsi”) texnologiyası yalnız ABŞ-da deyil, bütün dünyada satılan “Apple iPhone” və “Samsung Galaxy” smartfonlarında istifadə olunacaq.

Avqustun 11-də Kaliforniya ştatının Senatı oğurlanmış və ya itirilmiş elektrotexnikanın məcburi bloklanması mexanizminin tətbiqi haqqında qanun layihəsini, səs çoxluğu ilə qəbul edib. Artıq Kaliforniya qubernatoru Cerri Braun öz qərarını açıqlamalıdır.

Son ildə müxtəlif ölkələrin hakimiyyəti dəfələrlə smartfon və mobil operator istehsalçılarını mobil elektronikanı elə mexanizmlərlə təchiz etməyə səsləyiblər ki, onun köməyi ilə məsafədən telefondakı şəxsi məlumatları silmək və aparatı qeyri-işlək etmək mümkün olsun. Beləliklə, istifadəçilər mobil telefonun oğurlanması və ya itməsi halında öz məlumatlarını qoruya bilərlər.

“Bizim məqsədimiz ondan ibarətdir ki, küçələrdə ən geniş yayılmış cinayətlərdən biri olan smartfon oğurluğunun qarşısını alaq” – mobil qurğulara “Kill Switch” funksiyasının məcburi tətbiqi haqda qanun layihəsinin müəlliflərindən biri demokrat Mark Leno deyib.

O bildirib ki, smartfonlardan istifadə çoxaldıqca, oğurluq hallarının sayı da artıb.

Vüsal Qarayev







12 Avqust, 2014  14:54 Baxılıb: 729 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner