Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İran türkmən qazından imtina etdi

“İran artıq Türkmənistandan qaz idxalına ehtiyac duymur”.

Simsar.az xəbər verir ki, bunu İranın neft naziri Zanqene deyib.

İranın neft naziri qeyd edib ki, gələn il qaz hasilatını gündə 200 milyon kub metrə çatdırılması planlaşdırlır ki,bu da Türkmənistandan qaz idxalına son qoymağa imkan verəcək.

Bu qaz əsasən özəl sektorun ehtiyaclarını ödəmək üçün istifadə edilirdi.

İran tədarük edilmiş qaz üçün Türkmənistan qarşısında borcunu sənaye və energetika avadanlıqları, nəqliyyat vasitələri və kənd təsərrufatı  malları ilə ödəyəcək.

Türkmənistandan İrana qaz tədarükü 1997-ci ildə Korpece-Kurt-Kui magistral qaz kəmərinin istismara verilməsindən sonra başlayıb. 2010-cu ildə yeni qaz magistralının çəkilişi ilə qaz ixracında yeni Türkmənistan perspektivlərə ümid bəsləyib. Ancaq az keçməmiş İrana qarşı Avropa Birliyinin və Amerika Birləşmiş Ştatlarının sanksiyaları tətbiq edilməyə başlayıb. Bu səbəbdən də türkmən qazının İrana ixracının artırılması məsələsi rəsmi Tehranın ciddi-cəhdlərinə baxmayaraq baş tutmayıb. 2012-ci ildən sonra isə, yəni ABŞ-ın İranın neft və qaz sənayesinə qarşı maliyyə sanksiyaları qüvvəyə mindikdən sonra isə Tehran idxal etdiyi türkmən qazının əvəzini dönərli valyuta ilə ödəyə bilməmək vəziyyətinə düşdü. Elə bu səbəbdən də iki ölkə arasında 4 ay qaz ticarəti, ümumiyyətlə dayanmaq məcburiyyətinə gəlib çıxmışdı. Sonradan tərəflər barterlə qaz ticarətinin bərpası  haqqında razılığa gələ bildirlər.

Ancaq 2014-cü ildən başlayaraq türkmən qazının Çin istiqamətində ixracı durmadan artır və bu yöndə alternativ marşrutların tikintisi də gedir (Qırğızıstan üzərindən Çinə). 2016-ci ildən başlayaraq Türkmənistan qazının ixracı təkcə ildə Çinə 50 milyard kub metr təşkil etməlidir. Bu baxımdan İrana olan ixrac həcmlərinin 4-5 milyard kubmetr ətrafında qalması rəsmi Aşğabad üçün qətiyyən maraqlı deyil və nəzərə alsaq ki, bu həcmlərdən gələn vəsait də Türkmənistan büdcəsi üçün elə bir şey deyil, çünki nəğd pul vasitəsilə ödənmir. Yəni hökumət onu istədiyi səmtə yönəltməkdə acizdir, onda əslində bu məsələnin indi gündəmə gətirilməsinin diplomatik mənası var.

Sadəcə, rəsmi Tehran öz qonşusundan daha çevik və təcrübəli olduğundan belə bir addım atmaqla yaxın gələcəkdə baş verəcək hadisələri qabaqlamış olur.

Hüseyn İbadlı

 






12 Avqust, 2014  13:48 Baxılıb: 773 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner