Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kolleclərə qəbul olunanların qeydiyyatı başlayır

Sabahdan Azərbaycanda 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Simsar.az-a vetilən məlumata görə, boş qalan 2116 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5039 abituriyent ərizə təqdim edib. Onlardan 1362 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları bu gün "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qəbul olanlar avqustun 13-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.







12 Avqust, 2014  09:09 Baxılıb: 619 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner