Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Liderlər Ərdoğanı təbrik edir

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın rəqibləri üzərində parlaq qələbəsindən sonra, dünya liderləri onun bu zəfərini təbrik etməyə başlyıblar.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Barak Obama, Almanya Baş naziri Merkel və bir çox dünya lideri Ərdoğanı qələbə münasibətilə təbrik ediblər. Təbrik edənlər sırasında çevrilişlə hakimiyyətdən salınan Misir lideri Mursi də var.

Rəsmi Kremlin açıqlaması: “Vladimir Putin, Türkiyə tarixində ilk dəfə xalqın səsiylə keçrilən prezident seçkilərini qazanan Rəcəb Tayyib Ərdoğanın zəfərini təbrik edib. İki ölkə lideri seçimlərdən sonra ölkələr arasında stratejik partnyorluğun daha da genişlənməsinin vacib olmasın dair fikir bildiriblər”.

Ağ Evin açıqlaması: “Barak Obama Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yeni vəzifəsində işləməyini səbrsizliklə gözləyir. Obama Ərdoğanla yanaşı, yeni seçiləcək Türkiyənin baş naziriylə də işləməyi səbrsizliklə gözləyir. Yaxın günlərdə Obamanın Ərdoğana zəng etməsi gözlənilir”.

Angela Merkelin mesajı: “Almaniya və Türkiyə yaxın və güvənli dostlardr. Ölkələrimiz arasında dost münasibətlərini sizinlə bərabər, bütün vətəndaşların xeyrinə davam etdirmək və dərinləşdirmək mənim xüsusi istəyimdir”.

Bərzanidən telefon: “Ərdoğan və Türkiyəyə uğurlar arzulayıram. Yeni dövr hər sahədə önəmli dəyişikliyə vəsilə olacağına ümid edirəm. Ankara münasibətlərinin irəliləməsini və güclənməsini gözləyirik. Bundan başqa Türkiyədəki sülh, qardaşlıq və Kürd məsələsinin həll prosesinin, hörmətli Ərdoğanın prezidentliyi ilə uğur qazanacağına inanıram”.

Avropa Birliyi: Türkiyə Prezidenti seçilməniz münasibətilə təbrik edirik. AB ilə qonşu ölkə, önəmli bir ticarət ortağı və xarici siyasət müttəfiqi olaraq Türkiyə, Avropa Birliyinin ən vacib ortağıdır. Bütün bu sahələrdə ortaqlığımızı artırmağı səbrsizliklə gözləyirik. Həll olunması mqəsədilə bu günə qədər önəmli işlər gördüyünüz Kürd məsələsinə və Kipr probleminin həlli məqsədilə verdiyiniz dəstəyin davam etməsini gözləyirik”.

Mursi: “Ərdoğanı bu uğuru münasibətilə təbrik edirəm və uğurlarının davamını arzu edirəm”.

Vüsal Qarayev







12 Avqust, 2014  08:59 Baxılıb: 746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner