Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Tanınmış aktyor evində ölü tapılıb

Amerikanın tanınmış aktyoru Robin Uilyams 63 yaşında dünyasını dəyişib. Simsar.az-ın verdiyi xəbərə görə evində ölü tapılan aktyorun ölümü ilə bağlı Kaliforniya polisinin intihar şübhəsi üzərində dayandığı öyrənilib.

Robin Uilyams Çikakoda doğulub. Universitetin Siyassət Elmi fakültəsində təhsil alan Uilyams, məzun olduqdan sonar gecə klublarının birində çıxışlar etməyə başlayıb. Onun kinoya gəlməsi də elə həmin gecə klublarındakı çıxışlarından sonra baş verib.

Üç dəfə ailə həyatı quran aktyorun birinci həyat yoldaşı Valerie Velardidən bir, ikinci həyat yoldaşı Marşa Qarkesdən isə iki uşağı var. 2011- ci ildən bəri isə o Susan Sçneider ilə evli idi.

Məşhur aktyor “Ölü Ozanlar Dərnəyi”, “Can Dostum” və “Günaydın Vyetnam” kimi filmləri ilə türkdilli ökələrdə də geniş tamaşaçı kütləsinə sahib idi. Robin “Can Dostum” filmindəki performansı ilə 1998- ci ildə ən yaxşı köməkçi aktyor kimi Oskar mükafatını qazanmışdı.

1987- ci ildə “Günaydın Vyetnam” filimində canlandırdığı  radio muxbiri obrazı iləxeyli şöhrət qazanmışdı.

Yalnız komediya filmləri ilə deyil, dramataik filmlərdə də uğurlar qazanan Uilyams 1997- ci ildə “Empire Magazine” jurnalının ən istedadlı 100 aktyoru arasına daxil edilmişdi.

“Entertainment Weekly” tarafından yaşayan ən gülməli adam seçilən aktyor səhnə həyatı boyunca bir Oskar, iki Emmy, altı Qızıl Kürə, altı Qramm və iki Kinoaktyorları Dərnəyi mükafatlarına layiq görülmüşdü.

Günel

 

 

 






12 Avqust, 2014  08:10 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner