Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tənha ahıllar pulsuz tibbi müayinədən keçiriliblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhərində yerləşən Pensiyaçıların Ərazi Sosial Xidməti Mərkəzində dövlət himayəsində yaşayan ahıllar, pulsuz tibbi müayinədən keçiriliblər.

Simsar.az-ın məlumatına görə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə təşkil olunan müayinə mərkəzdə yaşayan insanların göz xəstəliklərinin olub-olmadığının müəyyən olunması və müvafiq tibbi-profilaktik yardımın təşkil edilməsi məqsədini daşıyıb. Gəncə  şəhər səhiyyə idarəsinin həkimləri tərəfindən mərkəzin 104 nəfər sakininin hər biri ətraflı müayinə edilib və onlara tibbi məsləhət xidməti göstərilib, tibbi maarifləndirmə işi aparılıb. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yardım edilib. Bununla yanaşı, müayinə nəticəsində gözlərində xəstəliklər aşkar olunan 2 nəfərin sistemli şəkildə müvafiq müalicə prosedurlarına cəlb olunması qərara alınıb.

Tənha ahıl insanlar, Prezident İlham Əliyev tərəfindən dövlət himayəsində yaşayan insanların hərtərəfli qayğı ilə təmin olunmasından razılıqlarını ifadə edib, onların sağlamlığının mühafizəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Vüsal Qarayev

 

 






11 Avqust, 2014  17:00 Baxılıb: 708 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner