Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gənc xanəndə əcnəbi müğənniyə dərs keçəcək

Opera və Balet Teatrının solisti, xanəndə Vüsalə Musayeva ustad dərsi keçəcək.

Bu barədə Simsar.az-a gənc xanəndənin özü məlumat verib.

Xanəndə Vüsalə Musayeva Filippinin  məşhur opera ifaçısı Lea Salongaya Azərbaycan mahnısını öyrədəcək: “2012-ci ildə “San Francisco World Music Festival”ın əsas siması kimi tərəf müqabilim İlkin Əhmədovla “Leyli və Məcnun” tamaşasında çıxış etdik. Bir müddət əvvəlsə həmin festivalın təşkilatçıları məni ustad dərsi keçməyi təklif etdilər. Qürurverici haldır ki, məşhur bir sənətçiyə Fikrət Əmirovun “Göy göl” mahnısını öyrədəcəm. Dərslər sentyabrdan başlayacaq və skayp vasitəsilə olacaq. Artıq mahnının notlarını və sözlərini göndərmişəm”.

Xanəndə onu da bildirib ki, “San Francisco World Music Festival”ın çəkiliş qrupu gələn ay Bakıya gələcək və xanəndə ilə bağlı çəkilişlər aparacaq. L.Salonganın azərbaycanlı müəllimi haqqında xarici KİV-də məlumatlar yayımlanacaq. L.Salonga “Göy göl”ü noyabrda keçiriləcək festivalda ifa edəcək.

Xatırladaq ki, L.Salonga məşhur “Mulan” cizgi filmində mahnıları səsləndirən əsas ifaçıdır.

Günel







11 Avqust, 2014  14:57 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner