Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident 1,5 milyon manat vəsait ayırdı

İlham Əliyev Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

APA-nın məlumatına görə, bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Prezident Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Bülbülə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.






2 Aprel, 2011  02:24 Baxılıb: 1197 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner