Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Lənkəranda “Açıq qapı” günü keçirildi

Bu gün Lənkəran şəhərində “Açıq qapı” günü-vətəndaş forumu keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran rayon İH ilə birgə təşkil etdiyi tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı, Salyan, Neftçala, Hacıqabul rayonlarında və Şirvan şəhərində fəaliyyət göstərən işəgötürənlər iştirak edib.

Simsar.az xəbər verir ki, Tədbirdə əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, işçilərin əmək və gələcək sosial təminat hüquqlarının müdafiəsinə, qeyri-leqal əməyin qarşısının alınmasına, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına xidmət etdiyi vurğulanıb. Bildirilib ki, bu islahat tədbiri hər bir əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün, onun qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsi bildirişi formasında “Elektron hökumət” portalı üzərindən, (https://www.e-gov.az) EİS-ə daxil edilərək, qeydiyyatdan keçirilməsi tələbini irəli sürür. Əmək müqaviləsində dəyişiklik edildiyi və ya ona xitam verildiyi halda da, bu barədə müvafiq bildirişlər EİS-də qeydiyyatdan keçirilməlidir.

Yeni sistemin proqram təminatının da mükəmməl şəkildə hazırlandığı, məlumatların təhlükəsizliyinin təmin olunduğu və daxil edilən hər bir bildirişin bir iş günü ərzində qeydiyyatdan keçirildiyi diqqətə çatdırılıb. Tədbir zamanı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin  əməkdaşları, əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydaları barədə geniş məlumatlar və praktik bilgilər veriblər. İşəgötürənlərin ayrı-ayrı sualları da cavablandırılaraq, bu islahat prosesinin daim nəzarətdə saxlanacağı, əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə səhlənkar yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlər görüləcəyi bildirilib.

Vüsal Qarayev







11 Avqust, 2014  12:21 Baxılıb: 605 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner