Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ebolaya qarşı tədbirlər iqtisadiyyata zərbə vurur

Ebol xəstəliyindən təsirlənən ölkələr, tədbirlərin iqtisadiyyatlarına vurduğu zərbə ilə sarılır.

Simar.az xəbər verir ki, Qərbi Afrikada dörd ildə minə yaxın insanın ölümünə səbəb olan ebol virusuna qarşı alınan tədbirlər özü ilə yeni böhranlar gətirib. Karantin altında olan bölgələrdə səyahətlərinə qadağa qoyulduğu üçün iş səyahətlərinin də dayandırıldığı, bunun da qida qıtlığına  və qiymətin artmasına səbəb olduğu bildirilib. “Sprut əməliyyatı” adı verilən karantin elan edən ölkələrdə sanksiyalar həyata keçirməklə təlimatlandırılmış 1500 əsgər və polis səfərbər edilib. Nəzarət nöqtələrindən uzaq bölgələrdə işləmək üçün əlavə tibb işçilərinə ehtiyac duyulduğu qeyd edilib. Ebol nəticəsində baş vermiş ölüm hadisələri haqqında vaxtında hesabat verməyən səhiyyə işçilərinə isə  pul cəzaları tətbiq edilib. Birləşmiş Millətlər Dünya Səhiyyə Təşkilatının beynəlxalq təcili yardım çağırışı etdiyi xəstəlikdən ən çox təsirlənən ölkələri, Sierra Leone, Liviya və Qana olduğu bildirilərkən, eboldan ölənlərə təsadüf olunmamamsına rəğmən Qana və Liviya sərhədlərində yerləşən Fildişi Sahilində də həyəcan siqnalı çalınır. Qana, Sierra Leone və Liviyaya isə sərhədlərini bağladığı xəbərlərini yalanlayıb. Sərhədlərdə sadəcə tibbi tədbirlərin alındığını açıqlayıb.

Liviya prezidenti Ellen Conson Sirleaf xəstəliyin yol açdığı böhranın yaxşı idarə olunmaması üçün üzr istəyib. Liviyada iş başındaykən ebol virusuna tutulan və karantinə alınaraq Madridə göndərilən ispaniyalı rahib Miguel Pajeras müalicə olunur. 75 yaşlı Katolik rahibin müalicəsində ABŞ-da kəşf edilən yeni dərmanlardan da istifadə ediləcəyi bildirilib. Nigeriya Səhiyyə Nazirliyi eboldan ölənlərin  cənazələrini ölkədə və xaricə daşınmasını qadağan edib. Buna görə Nigeriyada ölən xarici vətəndaşlar da ölkədə dəfn ediləcək.

Günel

 

 

 






11 Avqust, 2014  10:59 Baxılıb: 661 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner