Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İŞİD-ə 2 qoldan zərbə - VİDEO

ABŞ-ın hava zərbələrindən sonra nəfəs dərən Kürd birlikləri, İŞİD qarşısına irəliləməyə başlayıblar. Sincar dağında kontrol ələ keçrilib. Peşmərgə və PKK İŞİD-i məğlbiyyətə uğradıb.

Obamanın İŞİD-ə qarşı “ucu açıq” hava hücumu əməliyyatından sonra, Peşmərgə və Suriya ilə Türkiyədən gələn Kürd birlikləri rahatlayıblar. Peşmərgə, YPG və PKK həm Ərbil yolunda, həm də Sincarda İŞİD-i məğlub edib.

Sincarda dünən İŞİD-dən qaçaraq dağlara sığınan ailələrə çatılıb. Vətəndaşlar yaradılan təhlükəsizlik dəhlizi vasitəsiylə Rojava üzərindən Zaho və Dohuk bölgəsinə aparılır. Sincar dağını tamamən ələ keçirən YPG və Peşmərgə gücləri, Sincar qəsəbəsinə doğru irəliləyirlər.

Mahmurda isə Türkiyədən köç edənlərin yaşadığı düşərgəni İŞİD-dən alan PKK-lılarla Mahmur çevrəsinə çəkilən İŞİD qüvvələri ilə atışmalar şiddətlənib. Dünən Mahmur, kürdlərin əlinə keçib.

Məlumat üçün bildirək ki, Sincara İŞİD hücumundan sonra KDP, KYB, PKK və YPG-lilərdən ibarət “Ortaq Müdafiə Koalisiyası” yaratdı. Sincar dağında çətin vəziyyətdə qalan ailələrin xilas edilməsi üçün, 40 km uzunluğunda təhlükəsizlik dəhlizi yaradılıb. Hazırda dağda qalan ailələrin daşınması davam etdirilir. Xilas edilməyi gözləyən ailələrə isə havadan qida atılır.

ABŞ yenə vurdu

ABŞ ordusu İŞİD-ə qarşı 4 yeni hava hucumu həyata keçidiyini açıqlayıb. Açıqlamada Sincar yaxınlarında Yezidi mülkilərə atəş açan İŞİD militanlarına qarşı həyata keçrilən hava hücumunda, İŞİD-ə aid zirehli canlı qüvvə daşıyıcıları və bir yük maşını vurulduğu bildirilib.

Vüsal Qarayev

 






11 Avqust, 2014  09:45 Baxılıb: 681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner