Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son günlər azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralanan və Ankaraya müalicəyə göndərilən Azərbaycan əsgərlərini ziyarət edib.
Simsar.az bu barədə Ə. Davudoğlu “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın atəşkəs pozması nəticəsində yaralanan və müalicə üçün Türkiyəyə gətirilən Azərbaycan əsgərlərimizi ziyarət etdim: “Qonağımız olan Elvin Əsgərov və Sərxan Tahirova tezliklə sağalmalarını arzu edirəm.
Hüseyn İbadlı